İran neft şirkətinin səlahiyyətlisi Qamsari, neft qiymətlərinin 2016-cı 
ilə qədər 60 dolları keçməsini gözləmədiklərini bildirib: "Neft 
qiymətlərinin 2016-cı ilə qədər 60 dolları keçməsini gözləmirik. Ondan 
sonra nə olacağı isə məlum deyil. Sanksiyaların qaldırılacağı halda isə,
 bazardakı payımızı artırmağı təbii və hüquqi haqqımız sayırıq",- deyə 
Qamsari bildirib. Xatırladaq ki, ABŞ və Avropa Birliyinin nüvə 
proqramını dayandırması üçün İran üzərində təzyiqi artırmaq üçün 2012-ci
 ildən bu ölkədən neft idxalatını məhdudlaşdıran bir sıra iqtisadi 
sanksiya qəbul edib.
                     
                             
                     
                         
                         
                         
                         
                        