Rəsul Quliyevdən İranla bağlı maraqlı şərh

Rəsul Quliyev

"Gələcək Azərbaycan" Partiyasının lideri

İran son illərdə hərbi potensialını bir neçə dəfə artırmağa nail olubdur. İran müvə silahı yaratmağın ya astanasındadır,ya da artıq evin içində.İran artıq hipersəs sürətli ballastik raketlər istehsal etməyə başlayıb. Və bu raketləri Yəmən Xusitləri artıq İzraila qarşı sınaqdan keçiriblər. Bu raketlər nəinki İzrailin,həmdə ABŞ-ın havadan müdafiə sistemini keçib Təl Əvivi vurublar.İranda təhsil, sənaye, aqrar sektor,yeni hərbi silah syrsat. ,o cümlədən nüvə silahı yaradılması çox yuxarı səviyyədədir.
 İran əhalisinin ən azı 25-30 faizi ya təmiz ya da qarışıq azərbaycanlılardır. İran dünyanın ilk böyük imperiyası olub. Müqayisə üçün ilk Rus dövləti və ya imperiyası Kureyişlər imperiyasından (İndiki İranın adı 70-80 il bundan əvvəl meydana çıxıb.O vaxta qədər imperiya şahların adları ilə adlandırılıb) Son 2300 il sonra yaranıb. Ona görə rusların xüsusilə Putinin qədim rus dövləti,qədim tariximiz deməsi onun öz xalqını ələ salmasından başa bir şey deyildir. Son 1500 ildə olduğu kimi bu gündə İran liderləri ya təmiz ya da qarışıq azərbaycanlılardır. İranın dini lideri və Prezidenti azərbaycanlılardır. Bu gün İranın həm sənaye,həm aqrar,həm tibb həmdə hərbi sənayesində çalışan alim,həkim və mühəndislərinin 25-30 faizi azərbaycanlılardır. Bu qədim imperiya demək olar ki, heç vaxt (qısa müddətə Makedonski işğalından başqa) müstəqilliyini itirməyib. Bu ölkədə 10-larla millətlər yaşayır. Cərgə ilə düzsək Fars,Azərbaycanlı,Kürd ilk sıradadırlar,sonradan Ərəb,Tacık və Gürcü,Erməni ,Yəhudi kimi kiçik xalqlar gəlir. İslam əsas din olduğuna görə Yəhudi,Gürcü,Erməni millətləri ilə müsəlmanlar arasında ailə qurmaq yoxdur,ancaq müsəlmanlar arasında bu elə bir əhəmiyyət kəsb etmir.Ona görə ölkədə bəlkə 10 milyona yaxın qarışıq ailə var. 
 Bunları yazmaqda məqsədim İranın tarixini yazmaq deyildir. Məqsədim İranın yaxın zamanlarda kifayət qədər yaradıcı və sivil bir dövlət ola biləcəyinə heç bir şübhəmim olmamasıdır. İran Şahının apardığı yaramaz siyasət İranı demokratiyadan uzaqlaşdırdı və despot jandarma rejimi yaratdı. Nəticədə hakimiyyəti ələ keçirən mollalar öz qanun qaydaları ilə İrana yaraşmayan bir əcaib rejim tətbiq etdilər İran xalqına. Nəhayət bu gün İranda seçilmiş Prezident ( Azərbaycanlıdır) molların tətbiq etdikləri bir çox qanunları ləğv edəcəyinə söz veribdir. Əgər ona sui qəsd edib öldürməsələr,o ikinci dəfədə prezident seçiləcək və dediklərinə əməl edəcək. Əgər ona qarşı terror olsa millət molla rejimini süpürüb atacaq. 
 İran Rusiya kimi əsli nəcabəti olmayan bir ölkə deyil. Onun 2500 illik tarixi var. Dünyada birinci dəfə Hindistandan tutmuş Misirə qədər 10 min kilometrdən artıq yolu onlar çəkiblər. Dünyada birinci dəfə 1000 km-lik bir məsafədən paytaxtlarını təmin edən su kəməri çəkiblər, fizikanın bütün qanunlarından istifadə etməklə. 
 Atom bombası olsa belə İran heç vaxt ondan istifadə etməz. Heç vaxt Putin,Medvedyev kimi qırmızı xətti keçdilər deyib təlxəklik etməzlər. 
 Yaxın Şərqdə İranın təmsilində neytrallaşdığıcı rol oynaya biləcək İran adlı bir ölkə formalaşmaqdadır. Bu ölkə bizə Türkiyə kimi çox yaxın bir ölkədir. Və heç vaxt bizim əleyhimizə addım atmaz. Və heç vaxtda Rusiya ilə dost olmaz. Özü kimi qədim Çinə yaxınlaşacaq.