NATO-nun Avropadakı qüvvələrinin 
komandanı, amerikalı general Filip Bridlav Rusiya strateji 
bombardmançılarının Avropa hava məkanında son günlər intensiv xarakter 
almış uçuşlarına dair bəyanat verib.
Virtualaz.org
 saytının Qərb KİV-lərinə istinadən verdiyi xəbərə görə, general 
bildirib ki, Rusiya hərbi təyyarələrinin uçuşları daha kütləvi xarakter 
alıb və xeyli aktivləşib.
F.Bridlavın sözlərinə
 görə, Rusiya aviasiyası "təxribatçı marşrutlar” seçir: "Olduqca 
mühümdür ki, əvvəllər belə uçuşlar kiçik qruplar halında, bəzən bir-iki 
təyyarənin iştirakı ilə həyata keçirilirdi. Ötən həftə bizim müşahidə 
etdiyimiz isə tamamilə fərqlidir. Bu dəfə ruslar bütöv təyyarə 
qruplaşmaları ilə uçuşlar həyata keçiriblər, Avropa hava məkanının çox 
dərinliklərinə giriblər və daha təxribatçı marşrutlar seçiblər”.
General
 qeyd edib ki, bu cür "güc nümayişi” Avropada sabitliyə və 
təhlükəsizliyə heç cür kömək etmir. Onun sözlərinə görə, NATO hərbçiləri
 uçuşlara lazım olan formada reaksiya veriblər və bu reaksiyalar xeyli 
çevik olub. Rusiya təyyarələri Avropanın hava məkanını tərk edənə qədər 
NATO qırıcıları onları müşayiət edib.
Xatırladaq
 ki, Rusiyanın strateji nüvə bombardmançısı "Tu-95” təyyarələri ötən 
həftə qırıcıların və yanacaqdolduranların müşayiəti ilə NATO ölkələrinin
 hava məkanları yaxınlığında müntəzəm uçuşlar həyata keçirib. Təyyarələr
 Portuqaliya, İspaniya, Norveç, Britaniya hava sərhədlərinə 
yaxınlaşıblar. Hər dəfə NATO qırıcıları həyəcan siqnalı ilə havaya 
qaldırılıb.
Sonuncu dəfə noyabrın 1-də 
Britaniyanın Kral Hava Qüvvələrinin "Tayfun” qırıcıları Rusiyanın bir 
neçə "Tu-95” bombardmançısının ölkənin hava sərhədlərinə yaxınlaşmasına 
görə həyacan siqnalı ilə havaya qalxıb.
  
                     
                             
                     
                         
                         
                         
                         
                        