Təşkilat və Seçki Məsələləri üzrə sədr müavini  Afsəddin Nəbiyev

Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat və Seçki Məsələləri üzrə sədr müavini  Afsəddin Nəbiyev.
 Afsəddin Qinyaz oğlu Nəbiyev 29 iyul 1975 - ci ildə qədim türk yurdu olan indiki Ermənistan Respublikasının Basarkeçər rayonu Qoşabulaq kəndində anadan olub. 1988-ci ildə  məlum hadisələrlə əlaqədar olaraq yüzminlərlə soydaşlarımızla birlikdə doğma yurdlarından zorla  deportasiya olunub. 22.08.1993-cü il tarixdən 23.07.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə olub.
2000-2005- ci  illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
2005 - ci ildə Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun  3 aylıq  kursunu bitirmişdir.
2006-2014 - ci illərdə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
2014-2016 - cı illərdə Şahdəniz-2 layihəsinində, 2016-2019 - cu ilədək Türkiyənin Renessans şirkətində   çalışmışdır.
1997 - ci ildən AMİP üzvüdür.  Müxtəlif illərdə Milli İstiqlal Partiyasının Gənclər Təşkilatının sədri, Bələdiyyələrlə iş üzrə katib Mərkəzi Şura , Siyasi Şura üzvü  seçilmişdir. 2020 - ci il  AMİP Qurultayında  yeni nizamnaməyə uyğun olaraq partiyanın Təşkilat və Seçki Məsələləri üzrə sədr müavini  seçilmişdir. 
Ailəlidir, iki övladı var.