2015-ci ilin payızından etibarən ukraynalılar biometrik pasportlar vasitəsilə Avropaya vizasız səfər edə biləcəklər.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna xarici işlər naziri müavini Yelena Zerkal xəbər verib.
"Biz
 çalışırıq ki, AB Ukraynaya vizasız status versin, sentyabr-oktyabr 
aylarında isə ukraynalıların biometrik pasportları ilə viza tələb 
olunmadan səyahət edə bilməsinə nail olaq”- deyə nazir müavini yerli 
"İnter" telekanalında çıxışı zamanı bildirib.
Bu
 arada o biometrik xarici pasportların paylanmasının 2015-ci ilin 1 
yanvar tarixinə planlaşdırıldığını qeyd edib. Lakin AB pasportların 
paylanmasını, sistemin işləməsini, seriya istehsalının təhlükəsizliyini 
qiymətləndirməyənə qədər viza rejiminin ləğvi mümkün olmayacaq. Bu isə 
vaxt tələb edir.
Qeyd edək ki, ABŞ-da 2001-ci 
il 11 sentyabr hadisəsindən sonra tətbiq edilən biometrik xarici 
pasportların fərqli cəhəti budur ki, onda vətəndaşın bütün məlumatını 
özündə əks etdirən çiplər mövcud olur.
                     
                             
                     
                         
                         
                         
                         
                        