Xudat şəhərində yolların bir qismi təmir olundu

Xudat şəhərində yolların bir qismi təmir olundu. Düzdür, təmizlik baxımından yaxşıdır.Amma, asfalt çox keyfiyyətsizdir. Təmir təxminən bir ay olar tamamlanıb. Amma, bəzi yerlərdə səkilərə vurulan asfalt indidən ovulub gedir. Bundan əlavə avtomobil yolunun genişləndirilməsi məqsədilə səkilər də daraldırılıb. İnan ki, səkilərdə elə yer var ki, iki adamın keçməsi müşkülə çevrilib. İşıqlandırma isə o geniş küçə üçün, yalnız yolun bir tərəfinə yerləşdirilib. Qeyd edim ki, o yolda işıqlandırma küçənin hər iki terəfində var idi. Son olaraq bir iradımı da qeyd etmək istərdim.  Deməli bu küçə şəhərin istər avtomobil istərsə də insan çoxluğu baxımından ən gur yeridir. Şəhərin böyük ticarət mərkəzləri və digər iaşə obyektləri məhz bu küçədə yerləşir.Ən böyük avtomobil tıxacı və qəzaların da ən çox rast gəlinən yeri olan Xudat -Xaçmaz və dairədən Nabran yolu kimi tanınan ərazidə işıqforların olmaması və yol zolaqları, keçid zolaqlarının qeyd olunmaması və sürət nişanının olmaması ilə bağlı da çox sayda haqlı şikayətlərin olmasıdır. Ümid edirəm ki, qaldırdığımız problemlər haqda şəhər rəhbərliyi tədbirlər görəcəkdir.

Çingiz Şahbazi