Məlum olduğu kimi, Kəlbəcərdə ata-baba yurdunu ziyarət edərkən Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində Ermənistan "məhkəməsi"nin çıxardığı qərar ölkəmizdə hamını hiddətləndirib.
Ermənistan tərəfi həmyerlilərimizdən birinə 22 il, digərinə isə ömürlük həbs cəzası təyin etdi. Azərbaycan isə Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaq üçün əlindən gələni edir. Buna rəğmən, beynəlxalq ictimaiyyət hələ də susur. Kəlbəcərdə əsir düşən girovlarımızla bağlı iyun ayından bu yana nə münaqişənin tənzimlənməsində rolu olan dövlətlər - ATƏT-in həmsədr ölkələri, nə də ABŞ bir iradə ortaya qoyub. Əksinə, ATƏT-in həmsədrləri bu məsələdə ən yaxşı halda standart cavabla kifayətləniblər. Çox vaxt isə məsələni şərh etməyiblər. Eynilə Birləşmiş Ştatların dövlət rəsmiləri kimi... Dəfələrlə ABŞ Dövlət Departamenti atəşkəsin pozulmasına münasibət bildirib, amma girovlar məsələsinin üzərindən sükutla keçib. Ən yaxşı halda bundan xəbərsiz olduqlarını deyiblər. Ötən ilin sonlarında brifinq keçirən departament rəsmisi Жeff Ratkeyə bu barədə sual verilsə də o buna cavab verməyib: "Mənim bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Bunu nəzərdən keçirərəm və brifinqdən sonra çalışaram nəsə öyrənim".
Elə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin bu günlərdə səsləndirdiyi mövqe də beynəlxalq təşkilatların ənənəvi formal mövqeyindən heç nə ilə fərqlənmir: "Bu günlərdə atəşkəs rejiminin pozulmasından və itkilərin olmasından narahatıq. Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Amerika Birləşmiş Ştatları, əvvəlki kimi, münaqişənin sülh yolu ilə həllinə tərəfdardır".
Girovlara gəlincə, xanım Psaki bu haqda heç nə deməyib.
Maraqlıdır, Dövlət Departamentinin sözügedən məsələdə davamlı susqunluq göstərməsi nəyin göstəricisidir?
Sözügedən məsələni şərh edən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu bir sıra faktorlarla əlaqələndirdi: "Səbəblər müxtəlifdir. ABŞ rəsmilərinin və ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin girovlar məsələsində susqun mövqe sərgiləməsi Dağlıq Qarabağ məsələsinə ənənəvi yanaşmalarından irəli gəlir. Sanki Dağlıq Qarabağ məsələsində razılaşdırılmış mövqe sərgiləyirlər. Bu ondan ibarətdir ki, mövcud status-kvo dəyişməsin. Yəni, ən azından, münaqişə yenidən alovlanmasın. O üzdən, girovlar onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Bir milyon azərbaycanlı öz yurdundan-yuvasından didərgin düşüb və olmazın əzablar çəkir. İyirmi ildir onların çəkdiyi əziyyəti görməzdən gələn beynəlxalq ictimayyət üçün girovların taleyi maraqsızdır. Bunu, başda ABŞ olmaqla, digər aparıcı dövlətlərin timsalında görürük. Birləşmiş Ştatların kəlbəcərli girovlarla bağlı sərgilədiyi passiv mövqe onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli rəsmi Vaşinqton üçün prioritet əhəmiyyət kəsb etmir"./Bakı Xəbər/
Vidadi ORDAHALLI