"Əlinizdən nə gəlir, edin, məni hələ də yaxşı tanımamısız..."

"Əlinizdən nə gəlir, edin, məni hələ də yaxşı tanımamısız..."

Keçmiş deputat, hazırda mühacirətdə yaşayan Hüseyn Abdullayev ona məxsus mülkün sökülməsinə dair xəbərlərlə bağlı açıqlama yayıb. Özünün facebook səhifəsində yaydığı açıqlamada H.Abdullayev bildirir ki, adının İnterpolun axtarış-məlumat bazasından rəsmən çıxarıldığına dair xəbər verəndən sonra Azərbaycanda onun ailəsinə məxsus mülkü söküblər. O bunu özünə qarşı qisasçılıq kimi qiymətləndirir.

"Azərbaycanda mövcud olan despot rejim mənə və ailə üzvlərimə qarşı yeni təzyiq kampaniyasına start verdi. Hakimiyyət nümayəndələri ata-anamın şəxsi mülkü olan bir binanaı qanunsuz şəkildə uçurmağa başladılar. Bunun məqsədi məndən intiqam alaraq, başqalarına göz dağı verməkdir.

Buradan onlara bəyan edirəm ki, əllərindən nə gəlirsə etsinlər. Hətta gedib ailəmə aid nə mülk varsa söksünlər, yaxud zəbt edib ələ keçirsinlər. Onsuz da gec- tez haqq-ədalət öz yerini tutacaq və illər boyu Azərbaycanda mülkiyyət hüququ pozulmuş insanlar öz əmlaklarının əsl sahibi olacaqlar. Buna heç kimin şübhəsi olmasın.

Bir şeyi qəti unutmasınlar ki, Hüseyn Abdullayevə hədə-qorxu gəlməklə və yaxud iyrənc repressiyalar tətbiq etməklə onun iradəsini sındırmaq olmaz. Təəssüf ki, onlar 25 iıdə hələ də Hüseyn Abdullayevi yaxşı tanımayıb".