Arzuxan Əlizadə: "Bu cür yanaşma heç bir diplomatik etikaya sığmır və tamamilə qərəzli fikirdir"
"Bu onu göstərir ki, Fransa ədalətli həmsədr ola bilməz"
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye mətbuata müsahibəsində Dağlıq Qarabağla bağlı bəzi ziddiyyətli açıqlamalar verib. Səfirin status-kvo ilə bağlı səsləndirdiyi fikirlər mübahisəlidir. Mönyenin fikrincə, Ermənistan çətin ki, status-kvodan razı olsun: "Kənardan elə görünə bilər.
Bildiyimiz ki, Ermənistan Dağlıq Qarabağa nəzarət edir, eləcə də yeddi bitişik rayonu işğal edib. Əgər biz Ermənistandakı iqtisadi vəziyyətə baxsaq, anlayarıq ki, o, yaranmış vəziyyətdən böyük qazanc əldə etmir. Hesab edirəm ki, əgər sülhə nail olunarsa, Ermənistan daha çox şey əldə edə bilər. Həmsədrlərin işi ondan ibarətdir ki, münaqişənin hər iki tərəf üçün əlverişli olan həlli üsulu tapılsın. Bilirik ki, münaqişənin həlli üçün üç əsas prinsip mövcuddur: güc tətbiq etməmək, ərazi bütövlüyü və millətin öz müqəddəratını təyin etmək prinsipi. Bəzən son iki prinsip bir-birilə ziddiyyət təşkil edir. Biz həm Ermənistanın, həm də Azərbaycanın tələblərini təmin edə biləcək sintez tapmalıyıq".
Səfirin özünəməxsus ustalıqla ermənilərə qahmar çıxması təəccüb doğurur. Halbuki, həmsədrlər və aparıcı dövlətlər bəyan ediblər ki, Dağlıq Qarabağla bağlı status-kvo dəyişməlidir. Status-kvonun dəyişməsində başlıca maraqlı olan tərəf Azərbaycandır. Çünki işğala məruz qalan və bundan əziyyət çəkən Azərbaycandır. Status-kvonun mahiyyəti ilə bağlı ölkə Prezidenti İlham Əliyev bir daha mövqeyini bəyan edib. O da ondan ibarətdir ki, Dağlıq Qarabağın ətrafındaki 7 rayon işğaldan azad olunmalıdır. Ondan sonra Dağlıq Qarabağın statusu müzakirə olunmalıdır. Belə olan halda "Ermənistan çətin ki, status-kvodan razı olsun" demək nə deməkdir? Ermənistan niyə də status-kvo-dan məmnun qalmasın?!
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə Fransa səfirinin səsləndirdiyi fikirləri kəskin tənqid etdi: "Bu cür yanaşma heç bir diplomatik etikaya sığmır və tamamilə qərəzli fikirdir. Eyni zamanda, açıq-aşkar Ermənistanın tərəfini tutmaq anlamına gəlir. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biridir, o zaman gərək bu ölkəni təmsil edən səfir maksimum neytral mövqe ortaya qoyaydı. Ancaq Paskal Mönyenin müsahibəsinə baxsaq görərik ki, açıq-aşkar ermənilərin tərəfini tutub. İşğala məruz qalan, 1 milyon qaçqın və məcburi köçkünü olan ölkə biz, bu tərəfdən də deyir Ermənistan çətin ki, status-kvo ilə razı olsun. Sanki bizi borclu çıxarırlar. Hesab edirəm ki, lazım gələrsə, rəsmi səviyyədə səfirin bu mövqeyinə etiraz edilməlidir. Fikir verin, səfir müsahibəsində demir Ermənistan Dağlıq Qarabağı işğal edib, deyir nəzarət edir. Bu onu göstərir ki, Fransa ədalətli həmsədr ola bilməz. Zatən, sözügedən ölkə tarixən ermənilərin təəssübünü çəkib. Baş verənlər bir daha bunu təsdiq edir"./Bakı Xəbər/
Vidadi ORDAHALLI