"Naxçıvanda hamı kürdcə danışır, oxuyur, oynayır?"

Tanınmış yazar Məhəmmədəli Qəribli Naxçıvanda qohumlarından birinin toyunda olarkən rastlaşdığı xoşagəlməz hadisə barədə etirazını öz facebook səhifəsində belə paylaşıb: "Çox istəyirdim ki, bunu yazmayım, ancaq görürəm ki, bu məsələnin lap ağını çıxarıblar. Hazırda toydayam. Qohum toyudur. Yəni, hər iki tərəf naxçıvanlıdır. Yenə Naxçıvandan bura dəvət edilən "Kürdlər asamblı" meydan sulayır. Təbii ki, adlarına uyğun olaraq kürd mahnılarını və musiqisini ifa edirlər. Artıq bu hal Bakıda yaşayan naxçıvanlılar üçün normaya çevrilib ki, 500 km-dən bura həmin ansamblı dəvət edirlər. Neçənci dəfədir qıraq Naxçıvanda rayonlardan olan toya dəvətli qonaqlardan eşidirəm: "Balam, Naxçıvanda hamı kürdcə danışır, oxuyur, oynayır?" Çox adamlar da bunu küyə düşüb edir. Ancaq bu qədər də olmaz.

Bizim də öz gözəl milli musiqilərimiz var axı. Bu, heç də kürdlərə qarşı qərəzli mövqe kimi qəbul edilməsin. Hər halda bu ölkədəki milli çoxluq kimi assimilyasiyaya məruz qalmamaq haqqımız da var bizim!"