Son həftə ərzində müxalif partiyalardan istefalar daha da intensivləşdi. Müsavatın və AXCP-nin bir neçə tanınmış üzvü partiyanı tərk etmələri ilə bağlı bəyanat verdi. Onlardan biri də AXCP Ali Məclisinin üzvü İslam Mahmudovdur. O, təmsil olunduğu partiyadan istefa verməsinə yaydığı bəyanatda aydınlıq gətirib. Funksionerin yaydığı bəyanatda deyilir:
"1989-cu ildən AXC-nin üzvü olmuşam. Mən bu təşkilatın sıralarına torpaqlarımızın qorunması və ölkəmizin müstəqillik qazanması üçün qoşulmuşdum. Qarabağ müharibəsinin könüllü iştirakçısı olmuşam. Qubadlının erməni təcavüzündən qorunmasında, Laçın rayonunun Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişəm.
Bu gün AXCP-nin rəhbərliyinə daxil olan bir çox şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinə qarşı uğursuz savaş açdıqlarını müşahidə edirəm. AXCP sədri bütün bu yersiz kampaniyalara göz yumursa, o zaman cəmiyyətdə şübhə yaranır ki, kampaniyanın başında şəxsən özü dayanır. Sanki bu partiya məğlubiyyətinin qisasını xalqdan almaq iddiasındadır. Azərbaycanda şərəfli siyasi keçmişi olan bir partiyanın bu cür çirkin kampaniyada yer almasına etiraz olaraq AXCP sıralarından çıxdığımı bəyan edirəm.
Onu da əlavə etməyi borc bilirəm ki, kimsə mənim AXCP üzvü olmamağım barədə cəfəng iddiaya düşməyə cəhd etməsin. Bunun şahidi olan bütöv bir rayon şöbəsi var. Sonuncu prezident seçkisi zamanı bu partiyanı məntəqə seçki komissiyasında təmsil etmişəm.
Bu addımımla bağlı tənqidləri sayğı ilə qarşılayacam. Amma onu da deyim ki, hər hansı təhqir olacaqsa, bunu edənlər beş qatını öz payına hər biri alacaq".
Qeyd edək ki, son günlər ərzində bu, AXCP-dən istefa verən ikinci adamdır. Bundan əvvəl isə Əli Kərimlinin müşaviri, Qarabağ qazisi, Füzuli rayonunun sabiq icra başçısı Şakir Abbasov AXCP-dən istefa verib. Hər iki şəxs istefalarına səbəb kimi Əli Kərimlinin müxalifət daxilində çaxnaşma yaratmasını göstərib.
Məsələ ilə bağlı AXCP adındana açıqlama verən partiyanın təşkilat komitəsinin sədri Rafiq Daşdəmirli baş verənlərə aydınlıq gətirib:
"İlk olaraq Şakir Abbasovun istefasından danışaq. Onun istefadan sonra hansı partiyaya getməsi və nə işlə məşğul olması bizə maraqlı deyil. Görünən budur ki, o, partiyadan istefa verdi. Mən isə buna sadəcə təəssüflənə bilərəm. Çox təəssüf edirəm ki, Şakir Abbasov partiyamıza qarşı "qara yaxmaq"da maraqlı olanların əlində vasitəyə çevrildi. Partiyada ona çoxdan inanılmırdı. Özü də bilir ki, uzun illərdir partiya tədbirlərinə çağırılmırdı. Etimadsızlıq o həddə idi ki, nəinki qurultay nümayəndəsi, heç üzvü olduğu Xəzər rayon təşkilatında konfransa belə nümayəndə seçilməmişdi. Onun gedişindən heç kim təəssüflənmir. Görün indi adam özünü partiyada necə xarakterizə edib"./Bakı Xəbər/
İslam Mahmudovun istefasına gəlincə, R.Daşdəmirli bildirib ki, həmin şəxs yalan məlumat yayıb:
"O özünü Ali Məclisin üzvü kimi təqdim etsə də, bildirmək istəyirəm ki, İslam Mahmudov partiyanın sıravi üzvüdür. O da istefa verib, versin. Burada böyütməli heç nə yoxdur. AXCP böyük partiyadır. Biri gələr, biri gedər...".
Maraqlı məsələ partiyadan gedənlərlə bağlı bildirilən münasibətdir. Artıq belə hallara Azərbaycan siyasətində çox rast gəlinir. İstefa verən partiya üzvləri ilə bağlı birmənalı olaraq pis sözlər deyilir. Ən yaxşı halda isə "partiyadan çoxdan qovulmuşdu" ifadəsi işlədilir. Bir dəfə görmədik ki, desinlər ki, "əziyyətləri çox oldu, ola bilər ki, yorulub bu addımı atdı". İstefa verənlərə qarşı nümayiş etdirilən bu münasibət nə dərəcədə doğrudur?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında təəssüflə bildirdi ki, bu cür halları biz Azərbaycan siyasətinin acı reallıqları sırasına aid etməliyik: "Keçmiş üzvlərə qarşı sərgilənən bu münasibət heç də normal deyil. Belə hallarla biz praktikamızda çox rastlaşmışıq. Məsələn, bir neçə nəfər hansısa partiyadan istefa verir. Dərhal həmin partiyadan deyirlər ki, onlar bir neçə ay bundan əvvəl təşkilatdan qovulub. Bəli, məhz qovulub kimi ifadələrə rast gəlinir. Belə olmaz. Bu, siyasi etikaya sığmayan bir yanaşmadır. Düzdür, başqa cür yaşanan vəziyyət də olur.
Məsələn, hansısa sıravi üzv partiyadan istefa verir və bir ay dayanmadan partiyanın ünvanına hədyanlar yağdırır. Şübhəsiz ki, ona cavab verilməlidir, ancaq qaldırılan problemlər ətrafında.
Durub demək ki, bu adam bizim üzvümüz deyil, düz olmaz. Azərbaycan qanunvericiliyinə görə də, istənilən adam siyasi partiyaya üzv olmaq və ordan çıxmaqda sərbəstdir. İnsanların hamısı eyni təbiətdə olmur. Yorulan, gücü çatmayan olur. Çalışmaq lazımdır ki, onlarla da normal münasibətləri saxlamaqla ayrılma baş versin. Heç kim ömrünün axırına qədər hansısa partiyaya üzv olmağa borclu deyil".
Məhəmmədəli QƏRİBLİ