"Görünür, Bakı ilə Vaşinqton arasında hələ razılaşdırılmayan ciddi məsələlər var”
Artıq 3 aydır ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Vaşinqton hələ də Azərbaycana səfir təyin etməyib. Məsələnin hətta müzakirəsinin belə getdiyi haqda heç bir rəsmi açıqlama verilmir.
ABŞ prezidentinin son iki ayda ard-arda 3 dəfə Azərbaycan prezidentinə məktub yazması, seçkilərdən sonra təbrik etməsi belə mənzərə yaradır ki, Azərbaycan iqtidarı ilə münasibətlər pis deyil. Belə olduğu halda hələ də Azərbaycana səfir göndərilməməsi suallar yaradır.
Müxalifət düşərgəsi yaranmış vəziyyəti Vaşinqton-Bakı münasibətlərinin göstərici sayırmı?
AMİP katibi Əli Orucov qeyd etdi ki, ABŞ-ın hansısa ölkəyə səfir göndərməsi müəyyən prosedurlardan sonra həyata keçirilir. Bunun üçün qanunverici orqanın da təsdiqi gərəkir. Ona görə də namizədlər seçiləndə hərtərəfli araşdırılır və göndəriləcək dövlətə hansı formada, necə işləyəcəyi öyrənilir. Bu baxımdan də səfirin gec təyinatı Azərbaycan-ABŞ əlaqələrində müəyyənedici faktor oynamır: "Bundan əvvəlki səfirin də təyinatı bir qədər gecikmişdi. Azərbaycan ABŞ-ın önəm verdiyi ölkələrdən biridir. Doğrudur, insan haqlarının və demokratik dəyərlərin qorunması baxımından ziddiyyətlər yaranır, zaman-zaman problemlər çıxır. Prezident Trampın Azərbaycan dövlət rəhbərinə göndərdiyi məktublar heç də o anlam vermir ki, iqtidarla çox yaxşı münasibətlər var. Seçkilərdən sonra göndərilən məktubda daha çox ABŞ-ın Azərbaycandan gözləntiləri öz əksini tapıb. Bu məktubların mahiyyətində Vaşinqtonun bölgədə maraqları durur. Tramp gözlənilməz gedişləri ilə planetimizdə nigarançılıq və narahatlıq yaratmaqda davam edir. Bu baxımdan da iqtidarla münasibətlərin istiliyindən-soyuqluğundan əminliklə danışmaq mümkün deyil”.
.