ALDP-də səfirlə görüş

Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Ukraynanın Azərbaycandakı səfiri Oleksandr Mişenko ilə görüşüb. ALDP Mətbuat Xidmətindən "Millət"ə daxil olan məlumata görə, görüşdə Azərbaycan-Ukrayna münasibətləri, "Şərq tərəfdaşlıq”, GUAM, Dağlıg Qarabağ, Krım və digər məsələlər müzakirə olunub.

ALDP sədri Ukrayna hökümətinin Dağlıg Qarabağ məsələsində tutduğu prinsipial mövgeyinə və Azərbaycanı dəstəklədiyinə görə səfirə öz minnətdarlığını bildirib. "Çox təəssüf ki Azərbaycan hakimiyyəti Rusiyanın Krımın işğalında və separatçılara dəstəyinə görə etiraz bəyanatları səsləndirmədi və Avropa Parlamentində səsvermədə Rusiyanı dəstəklədi” – Fuad Əliyev qeyd edibi.

Səfir O.Mişenko F.Əliyevə dəstəyinə görə öz minnətdarlığını bildirib və fəaliyyətində uğurlar arzulayıb