Ali Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etmədi

Ali Məhkəmədə jurnalist Rauf Mirqədirov barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Vəkil Fuad Ağayev deyib ki, şikayət təmin edilməyib.

Kassasiya şikayətində Ali Məhkəmənin ona bəraət verməsi istənilmişdi.

Jurnalist 2014-cü ildə mühakimə olunub və demək olar ki, iki il həbsdə qalıb. Sonra şərti olaraq azadlığa buraxılıb.

R.Mirqədirov həbsdən öncə "Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Orada yerli polis tərəfindən saxlanılıb və Azərbaycana ğöndərilib. Ancaq ailəsi orada qalıb. Beynəlxalq hüquq-müdafiə təşkilatlarının və İsveçrə hakimiyyətinin dəstəyi sayəsində onun xanımı və iki övladı bu ölkədə sığınacaq alıb.

Azərbaycan hakimiyyəti R. Mirqədirova ailəsinə baş çəkməyə icazə verib.