Arzuxan Əlizadə: "Almaniya tərəfi Ermənistanın işğalçılıq siyasəti ilə bağlı konkret mövqe sərgiləmir"
"Status-kvo ilə bağlı səslənən fikirlər əksər hallarda sözdən o tərəfə keçməyib"
Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Bunu İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, regionda baş vermiş hərbi əməliyyatlardan artıq iki ay vaxt keçib: "Düşünürəm ki, hamı - təkcə münaqişə tərəfləri deyil, həm də ATƏT aydın başa düşür ki, uzun müddət status-kvonu saxlamaq mümkün deyil. Hesab edirik ki, münaqişənin davamı hərbi əməliyyatların başlanma risqini artırır".
Ştaynmayerin sözlərinə görə, münaqişənin uzunmüddətli həlli üçün səyləri artırmaq lazımdır: "Mən yalnız onu deyə bilərəm ki, baş verən hadisələr təkrarlanmamalıdır. Biz təhlükəsizliyin təmini və danışıqları davam etdirmək yollarını tapmalıyıq ki, atəşkəs rejimini sabitləşdirə bilək. Biz, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi üçün səy göstərəcəyik".
Ermənistana səfər öncəsi Ştaynmayer jurnalistlərə bildirmişdi ki, Dağlıq Qarabağda gərginliyin azaldılması üçün ATƏT sədrliyi məsuliyyət daşıyır: "Dağlıq Qarabağ münaqişəsinin eskalasiya potensialı var. Almaniyanın ATƏT-ə sədrliyi dövründə biz atəşkəs rejiminin möhkəmləndirilməsi, etimadın yaradılması və tez bir zamanda danışıqların başlanması yolu ilə belə təhlükələrin azaldılması üçün məsuliyyət daşıyırıq".
Maraqlıdır, Ştaynmayer "uzun müddət status-kvonu saxlamaq mümkün deyil" deməklə münaqişənin həllinin tezləşdirilməsində nə dərəcədə səmimidir və bu cür yanaşma praktiki olaraq münaqişənin həllinə nə dərəcədə müsbət təsir göstərəcək?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, status-kvonun dəyişdirilməsinin vaxtının çatması barədə açıqlamaları çox eşitmişik: "O cümlədən, Almaniya rəsmiləri də dəfələrlə bənzər açıqlamalar verib. Ancaq bu, əksər hallarda, sözdən o tərəfə keçməyib. Konkret olaraq bir müddət əvvəl Almaniyanın vasitəçilik təşəbbüsünə ümid çox idi. Bir çoxları hesab edirdi ki, Almaniya tərəfsiz vasitəçilik edər və s. Ancaq bir müddət əvvəl Merkel bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Rusiya bu məsələdə ciddi rol oynamalıdır. Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilk vaxtlar çox iddialı fikirlər səsləndirirdi. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeddi bənddən ibarət planlarının olduğunu bəyan etdilər. Ancaq Almaniya parlamentinin gözlənilmədən qondarma erməni soyqırımını tanıması bu dövlətin tərəfsiz vasitəçiliyinə kölgə saldı. Almaniyaya inam azaldı. Digər tərəfdən, Almaniya tərəfi Ermənistanın işğalçılıq siyasəti ilə bağlı hansısa formada konkret mövqe sərgiləmir, işğalı pisləyəcək açıqlama vermir. Başqa bir tərəfdən, Almaniyanın münaqişənin həllinə real təsir imkanları yoxdur. Bu daha çox həmsədr dövlətlərdən asılıdır. Həmsədr dövlətlər arasında məsələyə ümumi yanaşma olmadığı üçün problemin həlli yubanır. Bu həm Rusiyanın, həm də ABŞ-ın Minsk Qrupundakı həmsədrlərinin açıqlamalarından aydın görünür".
Vidadi ORDAHALLI