Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) "Azimport” MMC-ni məhkəməyə verib.
"Report”un məlumatına görə, AMİP tanınmış şirkətdən pulun tutulması barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib. Qərardan narazı qalan AMİP apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
"Azimport” şirkəti partiyanın rayon təşkilatının ofisini icazəsiz söküb: "Partiyanın Səbail rayonu Xanlar küçəsi, 8 ünvanında istifadə olunmayan 47 kvadratmetrlik ofisi yerləşirdi. Şirkət 2014-cü ilin oktyabr ayında partiyaya məlumat vermədən həmin ofisi söküb. Söküntü zamanı partiyanın rayon təşkilatına aid olan əmlak və arxiv sənədləri məhv olunub. Həmin siyahı ilə bağlı akt tərtib olunaraq, partiyaya 5 min manatdan artıq ziyan dəyib. Şirkət tərəfindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdik. Məhkəmə iddiamızı təmin etmədi. Həmin qərardan apellyasiya şikayəti vermişik”.