Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) beynəlxalq məsələlər üzrə baş katibi Elşən Mustafayev Beynəlxalq Demokratlar İttifaqının qurultayında iştirak üçün Cənubi Koreyaya yola düşüb.
Teleqraf.com-un məlumatına görə, E.Mustafayev deyib ki, Beynəlxalq Demokratlar İttifaqının (BDİ) nizamnaməsinə görə, qurumun 3 ildən bir qurultayı keçirilir: "Builki qurultay Cənubi Koreyanın Seul şəhərində baş tutacaq. Qurultaya BDİ-yə daxil olan partiya liderləri qatılacaq. 3 gün davam edən qurultayda ittifaq daxili məsələlərlə yanaşı, dünyada baş verən ictimai-siyasi hadisə və böhranlara yer ayıracaq. Ukrayna böhranından tutmuş Cənubi Koreya və Asiyadakı konfliktlərədək bir sıra məsələlərə öz münasibətini açıqlayacaq. Qurultay öz rəhbər orqanlarına seçki keçirəcək. Yeni sədr və İdarə Heyətinin müavinləri bəlli olacaq”.
Qeyd edək ki, BDİ sədri Avstraliyanın keçmiş baş naziri Con Hovarddır. Qurum dünya üzrə sağ mərkəz partiyalarını birləşdirən ittifaqdır. AMİP isə 1999-cu ildən qurumun tam hüquqlu üzvüdür.
- See more at: http://teleqraf.com/news/31244#sthash.isliSICX.dpuf