Ermənistanda gedən siçkiöncəsi prosesləri "Millət"ə şərh edən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki: "İyunun 7-də 2026-cı il, Ermənistanda keçiriləcək parlament seçkiləri, təkcə Ermənistan daxilində siyasi mübarizə olaraq gərginliyi artırmır, həm də bütün Cənubi Qafqazın geosiyasi istiqamətinə təsir edə biləcək hadisə olaraq görülür. Seçki günü yaxınlaşdıqca, Rusiya-Qərb rəqabəti daha da kəskinləşəcək və Ermənistanın AB-yə yaxınlaşması Moskvanı əlbətdə ki narahat edir və göründüyü kimi Putin açıq şəkildə Paşinyana xəbərdarlıq etdi. Ermənistan həm AB, həm də Avrasiya İttifaqında tam şəkildə qala bilməz. Artıq parlament seçkiləri üzrə seçki kompaniyasına start verilib. Əsas mübarizə Baş nazir Nikol Paşinyan və keçmiş prezident Robert Koçaryan arasında daha çox gərginlik artmaqdadır. Əlbətdə ki yeni siyasi oyunçulardan olan Samvel Karapetyan və digər müxalif qüvvələr də burda mübarizə aparırlar.Doğrudur, sorğular Paşinyanın sədri olduğu ,, Mülki Müqavilə,, partiyasının fovarit olduğunu göstərir.
Amma, kifayət qədər qərarsız seçici sayı, vəziyyətin bir anda dəyişə bilmə ehtimalını artırır. Paşinyanın və partiyasının qalib gəlməsi nəticəsində Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini daha tezləşdirəcək və bu proses sürətləndirəcək. Çünki Paşinyan hökuməti bu istiqamətdə daha realist xətt götürüb və Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Sərhəd delimitasiysı və kommunikasiyaların açılması istiqamətində addımlar atıb. Paşinyan yenidən güclü mandat əldə edə bilsə, Azərbaycan ilə yekun sülh müqaviləsinin imzalanması mərasimi tezliklə baş verəcək. Bu xüsusilə Zəngəzur/ Naxçıvan bağlantısı ticarət və regional tranzit üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin Türkiyə -Ermənistan arasında normallaşma prosesini sürətləndirə bilər."
Ç.Şahbazi daha sonra vurğulayıb: "Qərbin regiondakı təsirinin artmasına səbəb olaraq, Rusiyanın təsirini nisbətən zəiflədə bilər. Əlbətdə ki hadisələrin əks istiqamətdə cərəyan etməsi ehtimalı da yox deyil və Koçaryan və ona yaxın revanşist qüvvələr bloku , Moskvayönlü sərt mövqe tutan qüvvələrin Ermənistanda yenidən hakimiyyətə gəlməsi və yaxud da parlamentdə ciddi güc qazanmaları, Azərbaycan və Ermənistan arasında yenidən gərginliyin artmasına səbəb olma riskini artırır və sülh danışıqları prosesi sual altına düşə bilər. Həmçinin sərhəddə lokal gərginlik riskini artırır.
Belə bir vəziyyət Azərbaycan üçün təhlükəsizlik baxımından narahatlıq doğuran amildir. Bu baxımdan Ermənistandakı seçkilər diqqət mərkəzində yer alır və hesab edirəm ki, proseslər həmçinin Qərbin diqqət mərkəzində saxlanılır, çünki, hesab edirəm ki Qərbdə heç kim böyük zəhmət hesabına ərsəyə gətirilən sülh istiqamətində münasibətlərin yenidən ,, nə sülh, nə müharibə,, mərhələsinə dönməsini istəmir və hesab edirəm ki, 2026-cı ilin ikinci yarısında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ehtimalı yüksəkdir, nə qədər 2026-cı il Cənubi Qafqaz üçün silkələnmə ili olsa belə".
Millət