AMİP Lideri Etibar Məmmədov AMİP Beynəlxalq Əlaqələr katibi Elşən Mustafayevi 50 illik yubleyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
Sizi anadan olmağınızın 50 illik yubileyi münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram.
Siz hələ gənc yaşlarınızdan Azərbaycanın azadlıq və müstəqillik ideyalarının daşıyıcılarından biri olmaqla hər zaman istiqlal mübarizəsinin ön sıralarında olmusunuz. Tutduğunuz vəzifədən asılı olmayaraq Azadlıq və müstəqillik uğrunda gedən mübarizədə fəal iştirak etməklə ömrünüzün böyük hissəsini xalqımıza, millətimizə, vətənimizə və torpağımızna xidmətdə keçirmisiniz.
Yüksək təşkilatçılığınız və insanlarla ünsiyyət bacarığınız sayəsində ən gərgin dövrlərdə rəhbərlik etdiyiniz AMİP Yasamal Rayon Təşkilatı partiyanın ən güclü və mütəşəkkil təşkilatlarından biri olmuşdur. Daha sonra uzun müddət rəhbərlik etdiyiniz AMİP Gənclər Təşkilatının sədri olaraq Partiyanın Gənclər Təşkilatının ölkə daxilində, eləcə də Beynəlxalq Gənc Demokratlar İttifaqının üzvü olmaqla beynəlxalq arenada nüfuz qazanmasında xüsusi xidmətləriniz olmuşdur.
Bu gün də Siz əqidədaşlarınızla birlikdə siyasi mübarizənin önündəsiniz. AMİP Beynəlxalq Əlaqələr katibi kimi üzərinizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirirsiniz. Mənsub olduğunuz partiyanın ölkənin ən güclü və nüfuzlu partiyası olaraq öz mövqeyini qoruyub saxlaması, beynəlxaql əlaqələrinin daha da gücləndirilməsi üçün səylərinizi əsirgəmirsiniz. Şəxsi keyfiyyətləriniz, gələcyə inamınız, qazandığınız böyük təcrübə və prinsipiallığınız Sizi daha əzmkar, mübariz və sarsılmaz edib. İnanıram ki, Sizi qarşıda daha böyük uğurlar və zəfərlər gözləyir.
Sizi bir daha təbrik edir, ən xoş arzularımı bildirirəm!
Etibar Məmmədov
AMİP Lideri
27 sentyabr 2018-ci il