AMİP Lideri Etibar Məmmədov Hatəmiyə baş çəkdi

Xalq hərəkatının liderlərindən olan Məhəmməd Hatəmi Tantəkinin durumu ağırlaşıb. Tanınmış jurnalist Əvəz Zeynallının verdiyi məlumata görə bu gün Milli Azadlıq Hərəkatının öndə gedən isimləridən olmuş AMİP lideri Etibar Məmmədov və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Hatəmiyə baş çəkiblər.

Onu qayğı ilə əhatə edən ailəsinin də dəstəyi ilə Hatəmi xəstəxanaya aparılıb. "Artıq Hatəmi Azərbaycan həkimlərinə əmanətdir. Amma bununla iş bitmir. Uğrunda canını qurban etdiyi Vətən onu dünyanın ən möhtəşəm xəstəxanalarında müalicə etdirməlidir"- deyə Əvəz Zeynallı bildirib.