AMİP Pakistan xalqına başsağlığı verdi

Martın 27-də Pakistanın Lahor şəhərində törədilmiş qanlı terror aktından hiddətləndiyimizi ifadə edir, aralarında çoxlu sayda uşaqların da olduğu 70-dən çox insanın ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olmuş bu cinayət hadisəsini bütün bəşəriyyətə qarşı təcavüz kimi qiymətləndiririk.

Dinc və günahsız insanları həyatdan məhrum etməyə hesablanmış təcavüzü qətiyyətlə pisləməklə yanaşı bütün gücləri terrora qarşı qətiyyətlə mübarizə aparmağa, terror aktının sifarişçilərinə və icraçılarına qarşı ən sərt mübarizə üsullarından istifadə etməyə çağırırıq.

Terror nəticəsində həyatlarını itirmiş şəxslərin ailə üzvlərinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Uca Allahdan şəfa istəyirik!