"Bəllidir ki, bu, Dağlıq Qarabağla bağlı Ermənistanın yürütdüyü siyasətdir”
Ermənistanda hakimiyyətdən salınan, lakin hələ də parlament çoxluğunu əlində saxlayan Respublika Partiyasından olan deputat Armen Aşotyan açıqlamasında bildirib ki, ölkəsindəki hadisələrin 3 istiqamət üzrə cərəyanını təhlükəli sayır və bunlardan qaçmaq olduqca vacibdir. Onun sözlərinə görə, bunlardan birincisi anarxiyadır: "Bundan hətta indiki hakimiyyət ehtiyat edir və gəldiyimiz bu qənaəti bölüşür”. Deputat ikinci təhlükə kimi ölkədəki siyasi prüralizmin qarşısının avtoritar və sərt metodlarla alınmasını qeyd edir.
Üçüncü təhlükəyə isə o, təhlükəli populizm hallarını aid edib: "Bu tendensiya hətta dövlət qurumlarını da erroziyaya uğrada bilər”
Armen Aşotyan ümidvar olduğunu bildirib ki, hakimiyyət onun sadaladığı təhlükə ocaqları ilə bağlı lazımi tədbirlər görəcək.
Deyilən istiqamətlər üzrə Ermənistanda həqiqətənmi təhlükə var?
Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimiə açıqlamasında bildirdi ki, əslində, deputat elə də dərin məzmunlu nəsə söyləməyib: "Onun sadaladığı hər üç faktor siyasi nəzəriyyədə dövlətlər üçün risq amili sayılır. Yəni bu, hansı ölkədə olursa, orada vəziyyət heç də yaxşıya doğru getmir. Əslində, mən Ermənistana yaxşı məsləhət verib, onları ağ günə çıxarmağın da tərəfdarı deyiləm. Yaxşı olardı ki, həmin deputat ölkəsi üçün təhlükə yaradan, onları iqtisadi fəlakətə sürükləyən əsas problemdən danışaydı. Bəllidir ki, bu, Dağlıq Qarabağla bağlı Ermənistanın yürütdüyü siyasətdir. Bunu demirsə, deməli, səmimi deyil. Bu fikirləri səsləndirən partiyanın nümayəndəsi bilməlidir ki, dedikləri bütün təhlükələrin əsası məhz onların ölkəni idarə etdikləri dövr ərzində qoyulub. Anarxiya Serj Sarkisyanın dönəmində olub ki, ölkə elə tarmar olunub, əhali ac-yalavac vəziyyətdədir. Demokratiyanın zor üsullarla boğulmasında da Serj Sarkisyan hakimiyyəti rekorda imza atıb. Razıyam ki, siyasi populizm meylləri Paşinyanda əvvəlkilərdən çoxdur. Artıq bu populizmdən doğan acı nəticələr özünü büruzə verməkdədir. Xalq Paşinyandan meydanda populistcəsinə verdiyi vədlərin həyata keçirilməsini tələb edir. O isə çıxılmaz vəziyyətdə qalıb. Bu baxımdan da hesab edirəm ki, bir çox istiqamətlər üzrə Paşinyan elə özündən əvvəlki sələfinin siyasətini davam etdirir”.