Əli Oruclu: "Ola bilsin, o, separatçı rejimi əlverişli razılaşmaya inandırmağa çalışır”
Elxan Şahinoğlu: "Petrosyan Xankəndiyə gəlməklə Sarkisyanın mövqelərini gücləndirməyə çalışır”
Ermənistanın eks-prezidenti və Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gəlib. Ermənistan KİV-in məlumatına görə, o, Xankəndidə Qarabağ separatçılarının liderləri ilə görüşəcək. Səfərin məqsədi haqqında isə heç nə deyilmir.
Levon Ter-Petrosyan Dağlıq Qarabağa niyə gəlib? Azərbaycanlı politoloqlar bu məsələdə fərqli fikirlər söyləyirlər.
Ter-Petrosyanın Azərbaycanın işğal olunmuş ərazisinə gəlişini şərh edən politoloq Əli Oruclunun sözlərinə görə, ermənilər artıq başa düşürlər ki, işğalın nəticəsi yoxdur: "Onlar başa düşür ki, Azərbaycan Qarabağı, işğal olunmuş ərazilərini nəyin bahasına olursa-olsun qaytaracaq. Ona görə də Sarkisyana nisbətən Ter-Petrosyan bir qədər ağıllı siyasətçi hesab olunur və o daha praqmatik düşünür. Bu baxımdan da, görünür o, Qarabağa gəlib vəziyyəti yerindəcə təhlil edib və erməni separatçılarına izah etməyə çalışır ki, bu cür müharibənin, münaqişənin axırı olmayacaq. Eyni zamanda, ola bilsin ki, Ter-Petrosyan separatçı rejimi əlverişli razılaşmaya inandırmağa çalışır. Yaxud da onun Qarabağa gəlişi separatçılara həmrəylik kimi də göstərilə bilər. Amma istənilən halda Petrosyanın ora getməsi sadə bir hal deyil”.
Ötən ay Serj Sarkisyanla Levon Ter-Petrosyanın bir araya gəlməsinə də toxunan Əli Oruclu düşünmür ki, bu, sabiq prezidentin hazırkı dövlət başçısına dəstəyi ola bilər. Həmsöhbətimiz hesab edir ki, sadəcə olaraq erməni siyasətçiləri Ermənistanı düşdüyü ağır durumdan xilas etməyə çalışırlar: "Çünkiön artıq regionda gedən proseslər elə bir məcraya yönəlib ki, bu proseslər Ermənistanın xeyrinə deyil, əskinə, günü-gündən onun ziyanına işləyir. Odur ki, çıxış yollarını elə aramaq istəyirlər ki, maksimum az itki versinlər. Yəni istər-istəməz 2 apreldən sonrakı proseslər Azərbaycanın xeyrinə baş verdi və erməni siyasətçiləri də bunu çox gözəl anlayırlar ki, bunun davamı da gələcək”.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Levon Ter-Petrosyanın Qarabağa gəlişi barədə sual çoxlarını düşündürür. Onun sözlərinə görə, Ermənistanın sabiq prezidenti indiki prezidentlə müvəqqəti ittifaqdadır. "Bu ittifaq hər ikisi üçün taktiki xarakter daşıyır. Keçmiş dövlət başçısı Robert Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur. Levon Ter-Petrosyan Köçəryana qarşı Sarkisyanla mövqelərini yaxınlaşdırıb, ancaq bir müddət sonra bu ittifaq da dağılacaq. Hələliksə Petrosyan Xankəndinə gəlməklə Sarkisyanın mövqelərini gücləndirməyə çalışır. Ancaq eks-prezident onu da yaxşı bilir ki, Sarkisyanın siyasi karyerasının sonu yaxınlaşır və onu xilas etmək praktik baxımdan mümkün deyil. Ter-Petrosyan Sarkisyanın dəstəyi hesabına öz reytinqinı qaldırmaq istəyir. Dağlıq Qarabağa səfər də bu reytinq siyasətinin tərkib hissəsidir”.
Şahinoğlu eyni zamanda hesab edir ki, Sarkisyan da Ter-Petrosyandan öz məqsədləri üçün istifadə etmək istəyir. "Sarkisyan Dağlıq Qarabağ məsələsində Petrosyandan dəstək gözləyir. Sarkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəf almaq planı da işə yaramadı. Ona görə də Sarkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Çünki Sarkisyan Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəmir. Bu, onun üçün böyük yükdür. Ancaq, məncə, Ter-Petrosyanın da hələ ki, Qarabağla bağlı yeni fikri yoxdur. İnanmıram ki, Levon Ter-Petrosyan yaxın günlərdə "Ermənistan problemi həll etmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır” fikrini dilə gətirsin. Bunu Levon Ter-Petrosyana, eləcə də indiki prezident Sarkisyana Azərbaycan ordusu döyüş meydanında növbəti uğurları ilə dedizdirməlidir”, - deyə politoloq vurğulayıb.
Qeyd edək ki, Ter-Petrosyan Azərbaycanla barışmağın zəruriliyi və tənzimləmənin mərhələli həlli - ermənilərin Qarabağ ətrafındakı rayonları azad etməsi ilə razılaşması ilə məşhur idi. Amma apreldə döyüş əməliyyatları başladıqda, o, birləşmək və Qarabağın maraqlarını müdafiə etmək çağırışı ilə çıxış edib. Eyni zamanda, Ter-Petrosyanın bu məsələ ilə bağlı ötən ay prezident Sarkisyanla ayrıca görüşü keçirilib.
Hazırkı vəziyyətdə Ter-Petrosyan 1997-ci ildə olduğundan daha çox milliyyətçi mövqe nümayiş etdirir. Həmin vaxt Qarabağ münaqişəsinin tənzimlənməsinin mərhələli həllini qəbul etməyi təklif etdiyi üçün onu devirmişdilər.