Avropa Mərkəzi Bankının mart ayından etibarən valuta siyasətindəki
dəyişikliklər barədə açıqlamasından sonra avrounun dollara nisbətdə
minimum səviyyədə dəyərini itirməsinin Azərbaycana təsiri ikili olacaq
və zaman çərçivəsinə görə dəyişəcək.
Bundan ən çox itirən Azərbaycan Dövlət Neft Fondu və avro ilə aktivlərə malik olan yerli banklar olacaq, Çünki, Neft Fondu 30 sentyabr 2014-cü ilə olan aktivlərinin 34 faizini və ya 10 milyardını avroda yerləşdirib. Eyni zamanda həmin tarixə olan məlumata görə investisiya portfelinin 54,11 faizi də avrozonada sərmayə qoyub. Bu səbəbdən ilk növbədə avronun məzənnəsinin ucuzlaşmasından yaranan fərq üzrə Neft Fondun büdcədənkənar xərcləri artacaq. Məlumat üçün qeyd edək ki, ötən ilin 9 ayı üzrə bu göstərici 962,7 milyon manat təşkil edib.
Avronun ucuzlaşmasından qazanan Avropa Birliyi (Aİ) ölkələrindən Azərbaycana mal ixrac edən sahibkarlar olacaq. Onlar avroya aldıqları mala görə məzənnə fərqindən əlavə qazanc əldə edəcəklər. Nəzərə alaq ki, ötən ilki idxal dövriyyəmizdə Aİ ölkələrinin payı 33,7 faiz olub. Bu o deməkdir ki, avronun ucuzlaşması AB ölkələrindən Azərbaycana mal daşınmasına stimul verəcək, bu il ərzində Aİ ölkələrinin idxal dövriyyəsindəki xüsusi çəkisi yüksələcək. Onu da nəzərə alsaq ki, AB ölkələrindən Azərbaycana əsasən maşın, mexanizm və elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri gətirilir, deməli bu amil həm də maşın və avadanlıqlar parkının yeniləşməsinə və iqtisadiyyatın modernləşdirilməsinə xidmət edə bilər.