Bu həftə Amerika Birləşmiş Ştatları (ABŞ) senatının və konqresinin əsas gündəmlərindən biri də Azərbaycanla bağlı dinləmələrdir. Odur ki, bu dinləmələrin iki ölkə münasibətlərinə hansısa təsiri olub-olmayacağı indidən maraq doğurur.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov "hafta.az"a müsahibəsində bu dinləmələrin pərdəarxası məqamlarından danışaraq bildirib ki, dinləmələrin ABŞ-Azərbaycan əlaqələrinə heç bir təsiri olmayacaq: "ABŞ-dakı dinləmələr alt komitədə keçirilir. Ümumilikdə götürəndə Birləşmiş Ştatlar-Azərbaycan dövlətlərarası münasibətlərində heç bir problem yoxdur. Sadəcə olaraq, Amerikadakı ayrı-ayrı qeyri-hökumət təşkilatları, qurumlar və keçmişdə Azərbaycanda səfir işləmiş adamlar iki ölkə arasında əlaqələrə kölgə salmağa çalışırlar. Vaxtilə ölkəmizdə neft biznesi ilə məşğul olmağa çalışmış və bu alınmayandan sonra ABŞ-da su bulandırmaqla məşğul olan Riçard Kozlariç adında bir adam var. Bunun kimi insanlar erməni lobbisindən aldığı maliyyə dəstəyi ilə müxtəlif araqarışdırmalarla məşğuldur".
Novruzov bildirib ki, lobbiçilik fəaliyyəti həm senat, həm də konqres tərəfindən rəsmi təsdiq olunmuş bir məsələdir və erməni lobbisi də 100 ildən artıqdır ABŞ-da fəaliyyət göstərir. "Biz dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanla bağlı məsələlər ABŞ-ın dövlət maraqları çərçivəsində deyil, erməni lobbisinin maraqlarına uyğun şəkildə həll edilib. Hətta keçmiş səfir Metyu Brayzanın Azərbaycana təyinatı məsələsində də problem yaşanmışdı. Obamanın üç dəfədən artıq müraciətinə baxmayaraq, beynəlxalq əlaqələr komitəsi bunu təsdiq etmədi. Amerika prezidenti bundan sonra öz səlahiyyətindən istifadə edərək, Brayzanı Azərbaycana 1 illik səfir göndərdi. Bu da onu deməyə əsas verir ki, konqres və senatda hər hansı bir məsələ müzakirə olunursa, bu, ABŞ dövlət maraqlarını ifadə etmir. Sadəcə olaraq, müxtəlif lobbilərin ödədiyi pulun hesabına həyata keçirilən bir məsələdir", - deyə YAP-çı deputat bildirib.
S.Novruzov onu da qeyd edib ki, hazırda ABŞ konqresində Azərbaycanın dostları da çoxdur. Dediyinə görə, onlar da bu məsələlərlə bağlı müvafiq işlər aparırlar: "Dövlətlərarası yaxınlaşma və münasibətlərin qurulması istiqamətində konkret mövqe nümayiş etdirirlər. Amma nəzərə almalıyıq ki, bu il qondarma soyqırımın "100 illiyi"dir. Həm də Azərbaycanda Avropa Oyunları olacaq. Ona görə də erməni lobbisi burada daha çox fəallaşıb".
AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu isə "Ekspress"ə bildirdi ki, Azərbaycan-ABŞ əlaqələri enerji və regional təhlükəsizliyi məsələləri üzərində dayandığından keçiriləcək dinləmələrdə yeni bir ciddi korrektələr olmayacaq. Həmsöhətimiz hesab edir ki, sadəcə olaraq bu dinləmələrlə ABŞ Azərbaycanda təsir imkanlarını özündə saxladığını göstərmək istəyir: "Bu günlərdə Amerikanın Azərbaycana təyin olunan yeni səfiri Robert Sekuta da prioritet məsələləri açıqlayarkən bu iki məsələni - enerji və regional təhlükəsizlik məsələsini xüsusilə vurğuladı və əlavə olaraq demokratik inkişafı da bura əlavə etdi".
Onun sözlərinə görə, Amerika, Avropa Birliyi və Rusiyanın indiki qarşıdurması fonunda Azərbaycanla bağlı ABŞ-ın hansısa qəti addımlar atacağı ağlabatan deyil. "Lakin mən istəməzdim ki, məsələn, Azərbaycandakı daxili məsələlər, xüsusən də demokratikləşmə prosesi Amerika kimi bir dövlətin senatında və yaxud hansısa orqanında müzakirəyə çıxarılsın. Hər halda bu, yaxşı hal deyil. Məncə, Azərbaycan hakimiyyəti də bundan nəticə çıxarmalıdır. Çünki dünya artıq fərqli dünyadır və hər bir ölkənin daxilində gedən demokratikləşmə prosesi onun daxili işi hesab olunmur. Bu baxımdan da, Azərbaycanın qapalı bir ölkə kimi yox, daha çox dünyaya açılan bir ölkə kimi inkişafına nail olmaq daha yaxşı olardı". /Ekspress/
Aqil ASLAN