"Bizim rəsmilər dərhal qarşı tərəfin iddialarını elə ordaca cavablandıra bilər”
Ermənistan KİV-lərində rəsmi İrəvanın yeni avantüraya əl atacağı ilə bağlı anons verilib. Həmin ölkənin mediasında yayılan məlumatlarda bildirilir ki, 11 noyabr tarixində Parisdə keçiriləcək Birinci Dünya müharibəsinin bitməsinin 100 iliyi ilə bağlı tədbirdə Ermənistan iştirak edib öz "haqq” səsini dünyaya yenidən çatdıra bilər. Bildirilir ki, Ermənistanın sözügedən tədbirdə iştirak edib-etməyəcəyi hələ sual altındadır. Sitat: "Bizim prezident Armen Sarkisyan müxtəlif forumlarda çıxış edərək bildirir ki, Avropa sivilizasiyasının öz tarixi köklərinə dönüşü lazımdır, hansı ki, burada Ermənistanın da üzərinə az rol düşmür”.
Xəbərdə Ermənistan prezidentinin 11 noyabrda Parisdə təşkil edilən tədbirdə iştirakının zəruri olmasına toxunularaq bildirilir ki, həmin vaxt Armen Sarkisyan Birinci Dünya müharibəsinin sonunun ermənilər üçün hansı "xoşagəlməz” nəticələrə səbəb olması haqda geniş məlumat verə bilər: "Emənistan və ermənilərin haqqı var ki, həmin hadisələrlə bağlı öz tarixi, ərazi və əmlak haqlarını tələb etsinlər, hansılar ki, Şərqi Anadolu, Naxçıvan və Qarabağda "itirilib”. Bu səbəbdən də, həmin tədbirin imkanlarından maksimum yararlanmaq lazımdır”.
Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün Azərbaycan və Türkiyə hansı addımları atmalıdır?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən tədbirdən ermənilər maksimum yararlanmağa çalışacaq: "Birinci Dünya müharibəsinin bitməsinin 100 iliyi ilə bağlı Parisdə keçiriləcək tədbirə Ermənistan tərəfinin ciddi hazırlaşdığı məlumdur. Xüsusilə də onlar Ermənistan prezidentinin tədbirdə iştirakına çalışırlar. Armen Sarkisyan orda iştirak edərsə, böyük ehtimalla, ermənilərin Birinci Dünya müharibəsi zamanı qondarma "soyqırıma” məruz qaldıqları və müəyyən ərazi iddiaları ilə bağlı fikirlər səsləndirə bilər. Daha sonra bugünkü Türkiyə sərhədləri daxilində qalan ərazilərdə yaşamış ermənilərin əmlak məsələsini gündəmə gətirə bilər. Əslində bu yeni məsələ deyil. Millətlər Cəmiyyəti qurulanda da ermənilər həmin qurumun nəzdində deyilən mövzuları gündəmə gətirmişdi. Hətta bəzi nəticələr də əldə etmişdi. Millətlər Cəmiyyətinin dağılmasından sonra həmin mövzular da gündəmdən düşdü. Parisdə bu məsələlərin gündəmə gətirilməsinin istənməsi Ermənistanın Azərbaycan və Türkiyəyə yönəlik siyasətində hələ də hücum mövqeyində olduğunu göstərir. Heç bir tarixi və hüquqi sənəd olmadan, Parisdəki tədbirdə qondarma erməni "soyqırımı” və başqa iddialarla bağlı məsələlərin gündəmə gətirilmə ehtimalı çox yüksəkdir. Daşınmaz əmlaklarla da bağlı məsələni qabartmağa çalışırlarsa, bu, Ermənistanın son 28 ildə Türkiyə ilə bağlı yürütdüyü siyasətdə müsbətə doğru hər hansı bir dəyişikliyin olmadığını sübut edir”.
Hatəm Cabbarlının sözlərinə görə, ermənilər beynəlxalq aləmdə fürsət tapdıqları hər bir tədbirdə öz yalanlarını dünyaya sırımağa çalışır: "Xüsusilə də, qondarma "soyqırımla” yanaşı, Dağlıq Qarabağ və Naxçıvanla da bağlı həqiqətə uyğun olmayan mövzulara toxunurlar. Onlar Naxçıvanın güya onlara aid olduğunu gündəmə gətirməklə "Qars” və "Moskva” müqavilələrinin də ləğvini istəyirlər. Məlumdur ki, həmin müqavilərin ləğvi istəklə deyil, beynəlxalq hüquqla tənzimlənir. Xüsusilə də "Moskva” müqaviləsində Ermənistanın imzası yoxdur. Birinci Dünya müharibəsinin bitməsinin 100 iliyinə həsr olunan tədbirdə Ermənistan prezidentinin iştirakını mümkün sayıram. Onun dilə gətirəcəyi məsələlər həm Azərbaycanın, həm də Türkiyənin xarici və təhlükəsizlik siyasətinə ziddir və Ermənistanın millitarist siyasətə davamda maraqlı olmasına bir işarədir. Təbiidir ki, bununla bağlı Azərbaycan və Türkiyə düşünməlidir. Bu çərçivədə nəzərdə tutulan erməni təbliğatının effektini azaltmaq üçün Azərbaycan və Türkiyə rəsmilərindən kiminsə o tədbirdə iştirakına çalışılmalıdır. Ermənistan prezidentinin nə deyəcəyi bəllidir. Ona görə də bizim rəsmilər dərhal qarşı tərəfin iddialarını elə ordaca cavablandıra bilər. Məhz bunu daha effektli sayıram”.