Rusiya Federasiyasının prezidenti V.Putinin Bakıya səfər edəcəyi və mayın 8-9-10-da Ermənistan- Azərbaycan müharibəsinin yenidən qızışacağına dair yayılan məlumatlarla bağlı AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Reytinq"in sorğularını cavablandırarkən bildirib:
Prezident Putinin təcili Bakıya rəsmi səfərə gələcəyi barədə səsləndirilən informasiyalar rəsmi təsdiqini hələ tapmayıb. Ona gğrə də bu barədə nəsə fikir yürütmək uyğun olmazdı. Lakin 8-10 may tarixlərində müharibənin qızışacağı barədə deyilənləri də reallıqdan daha çox qarşılıqlı informasiya müharibəsinin tərkibi hesab edirəm. Əvvəla uzun müddətli müharibənin aparılması üçün istək və iradə lazımdır. Bu bir mənalıdır ki, heç Azərbaycanın siyasi elitası müharibə xəbərdarlıqları versələr də, buna maraqlı deyil. Digər tərəfdən beynəlxaql ictimaiyyət və regiona maraqları olan güclər buna imkan verməz. Üstəlik də BMT, ATƏT, Aİ və digər nüfuzlu qurum və güc mərkəzləri də müharibənin yenidən alovlanmasının tərəfdarı deyil. 2 apreldə biz bu həqiqəti bir daha gördük. Hərbi yolla torpaqların işğaldan təmizlənməsində silahlı gücün tərəfdarı kimi çıxış edən və bunu yeganə həll yolu kimi qəbul edən təkcə Azərbaycan xalqıdır. Daha konkret hakimiyyət yox, məhz xalq.
Yeri gəlmişkən, prezidentin 2 apreldə Azərbaycan Silahlı Qüvvələrinin erməni işıalçılarına təxribatına layiqli əks hücumla cavab verməsinin ermənilərin xahişi ilə dayandırmasına təəccüb və heyrət etdim. Təkcə bu bəyanat müharibə ilə bağlı hakimiyyətin hərbi vasitəyə münasibəti barədə baxışlarını tam çılpaqlığı ilə ortaya qoydu. Lakin bununla belə müharibə riski hər an var.
"Reytinq" 6 may