ABŞ-ın "Cato Institute” Tədqiqat
Mərkəzi ən bədbəxt ölkələrin reytinqini açıqlayıb."Media forum” saytı
xəbər verir ki, bədbəxtlik indeksi inflyasiya və işsizlik dərəcəsinə,
ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcminə əsaslanır.
Reytinq cədvəlinə 109 ölkənin adı düşüb.
Ən bədbəxt ölkələr siyahısında Suriya, Venesuela, Sudan və İran ilk pillələrdə yer alıb.Siyahıda Azərbaycan 38-ci pillədə dayanıb. Qonşu ölkələr – Ermənistan 10-cu, Gürcüstan 24-cü, Rusiya 47-ci yerləri tutub.
Reytinq cədvəlinə görə, ən xoşbəxt ölkələr İsveçrə, Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur, Malayziya və Tailanddır.