Arzuxan Əlizadə: "Hərçənd bunun baş tutacağı tam bəlli deyil"
Yayılan məlumatlara görə, işğalçı Ermənistan Suriyada sülhyaratma əməliyyatlarında iştirak etmək istəyir. Serj Sarkisyanın bununla bağlı müdafiə naziri Vigen Sarkisyana müəyyən göstərişlər verdiyi deyilir.
Ermənistanın müdafiə naziri V.Sarkisyan bir müddət öncə Rusiya mediasına müsahibəsində "erməni silahlı qüvvələri Suriya xalqına kömək edə bilər" deyə bildirmişdi. Yəni görünən odur ki, Ermənistan bunda maraqlıdır. Baxmayaraq ki, V.Sarkisyan sonuncu mətbuat konfransında bu barədə geniş danışmaqdan yayınıb. O deyib ki, Ermənistan silahlı qüvvələrinin Suriyada sülhyaratma missiyasına cəlb olunması müzakirə olunmur. Onun fikrincə, Milli Təhlükəsizlik Şurasının iclasında Suriyadakı vəziyyət və erməni icmasının vəziyyətinə dair hesabat müzakirə edilib. Ancaq o, könüllülərdən ibarət dəstənin bu işdə iştirak edəcəyini istisna etməyib.
İstənilən halda, beynəlxalq birliyin Ermənistana belə bir imkanı verməsi başadüşülən deyil. Nəzərə almaq lazımdır ki, bir müddət əvvəl Ermənistanın Qazaxıstan və Qırğızıstanla birgə Suriyaya sülhməramlı qüvvə göndərəcəyi barədə məlumat yayılmışdı. Bütün hallarda, buna nə ad vermək olar?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, təcavüzkar dövlətə belə bir imkanın verilməsi biabırçılıqdır: "Hərçənd bunun baş tutacağı tam bəlli deyil. Ona görə ki, bu barədə ziddiyyətli məlumatlar dolaşır. Ancaq nəzərə almaq lazımdır ki, bu birinci dəfə deyil baş verir. Bununla bağlı müəyyən istəyin olduğu hiss olunur. Digər tərəfdən, işğalçı Ermənistan Livanda, Kosovada sülhyaratma əməliyyatlarında iştirak edir. Təəssüflər olsun ki, beynəlxalq qurumlar işğalçılıq siyasəti aparan Ermənistana belə bir şərait yaradır. Halbuki, bunun özü heç bir məntiqə sığmır. Ona görə ki, Ermənistan digər ölkənin beynəlxalq hüquqla tanınan ərazilərinin 20 faizini işğal edib. Belə olan halda, əlbəttə ki, bu cür ölkənin sülhyaratma əməliyyatlarında iştirak etməsi biabırçılıqdır. Düzdür, beynəlxalq sənədlərdə Ermənistan birbaşa işğalçılıqda ittiham olunmur. Orada deyilir ki, guya Dağlıq Qarabağdakı etnik ermənilər torpaqları işğal edib. Ancaq onlar özləri də yaxşı bilir ki, işğalı həyata keçirən tərəf məhz Ermənistan silahlı qüvvələridir. O üzdən, işğalçı bir dövlətə sülhyaratma əməliyyatlarında iştirak etmək missiyasının verilməsi utancvericidir".