Bizim əsas hədəfimiz qara qızılı, insan qızılına çevirməkdir

Bir peşəkar rəhbər üçün idarəetmə baxımından əhatəli və zəruri olan bütün komponentləri nə əlaqələndirir?

Öncə insan psixikasının fəaliyyətinə baxdıqda, əxlaqi qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq sistemi kimi həyatı əhatə edən münasibətləri - "yaxşı", "pis",  "yanımcıl", "biganə",  "peşəkar", "səriştəsiz" vəs. Kimi qiymətləndirilə bilər.

Bu da öz növbəsində daxili "xarizma"nı, hansı ki, rəhbərin istedadı, təcrübəsi və təhsilini şərtləndirir və bundan əlavə onun psixikasını seçilmiş bu və ya digər ona verilmiş tapşırıqlarla üsullu şəkildə fərqli məqsədlərə yönəldə bilir.

Əxlaq dünyasına uyğun fərdin sahib olduğu dünyagörüşü və mədəniyyət düşüncəsi bir qayda olaraq da bu yolda sıraya düzüzlmüş olur. Bu təkcə rəhbər işçiyə olan münasibətdə deyil, həm də istənilən insana, insani əlaqələrdə keçərlidir, ədalətli yanaşmadır.

Yerlərdə bu və ya digər vəzifəni tutan şəxslər qüsurlu əxlaqa malik olduqda, öz xidməti vəzifələrindən sui-istifadə məqsədləri üçün yararlanırlar, özü də bu zaman hətta ölkənin ali rəhbərliyi qarşısında, hətta daşıdıqları məsuliyyət belə onları bundan çəkindirmir. Bu ya şüurlu şəkildə, ya da dərk olunmadan edilir. Onlar buna görə rəhbər vəzifələrindən çıxarılmayacaqlarına, cəzasız qalacaqlarına da nədənsə əmin olurlar.

Səbəbi də çox sadədir. Onlar özlərini əvəzolunmaz rəhbər işçilər hesab edirlər. Belələri daha istedadlı, daha peşəkar və qabiliyyətli şəxslər tərəfindən əvəz olunmalarına yol verməmək üçün istənilən neqativ vasitələrə də əl ata bilir və hətta o "məharətə" ustalıqla sahibdirlər. Yaranan belə bir vəziyyət zamanı xidmətin prioritetləri cəmiyyətin xeyrinə olmur. Bu vəzifəni tutan şəxslər istənilən yol və metodlarla xidməti pillələrdə irliləməyə səy göstərir, daha rahat və yüksək əməkhaqqı olan iş yerlərini də daima gözardı etmirlər. Bununla da yetinilmir, digər peşəkar və istedadlı idarəçilər də sıxışdırılmağa başlanır.

Bütün bu qəbildən rəhbər işçilər, hətta azacıq da olsa iş təcrübələri varsa belə idarəetmə siyasəti sahəsində adekvat məsləki biliklərinin mövcud olmaması, onları əsas neqativ yöndə fərqləndirən cəhətlərə çevriləbilir. Bu bütün sakinlərə də aiddir, çünki təhsil standartları adekvat deyil. Və şəhərdə və ya rayonda, yaxud da istənilən bir müəssisədə belə idarəetmə sahəsində keyfiyyət dəyişikliyinə nail olmaq üçün təbii olaraq insan ilk növbədə gərək özündən başlasın və bu çox zəruridir.

Hər şeyi kadrlar həll edir...

Sovet rejimi dövründə Stalinin belə bir ibarəsi də var idi: "Hər şeyi kadrlar həll edir".

Bəs bu gün, müasir idarəetmə necə olmalıdır?

Müasir idarəedici, yəni, kadr bir mütəxəssis kimi-bu peşə ilə bağlı proses zamanı əldə olunan biliklər və işdə qazanılan təcrübə, eləcə də müəyyən şəxsi qabiliyyətlər və keyfiyyətlərlə əlaqəli müvafiq biliklərin ahəngini təşkil etməlidir. Əlavə olaraq əxlaq məhfumu da var ki, o, özündə bütün yuxarıda qeyd olunanlarla yanaşı insan psixika və davranışlarını birləşdirir. Əgər, yuxarıda adları çəkilən komponentlərdən biri yoxdursa - bu böyük ehtimalla o deməkdir ki, idarəedici yalnız bu cür adlanır, mahiyyətcə isə elə deyil, "yalın"dır.

İndi isə bu komponentlərlə ardıcıllıqla tanış olaq:

Təhsil

İdarəetmə sahəsində lazımi qədər ixtisaslı kadrların hazırlığı üçün, kadrın  idarəetmə təhsili alması zəruridir, özü də artıq bu və ya digər fəaliyyət sahəsində mövcud və uyğun olan ali təhsil və iş təcrübəsi bazasında olması arzu ediləndir.

İdarəedicinin  aşağıdakı vərdişlər və fənnləri bilməsi mütləqdir:

•  idarəetmə nəzəriyyəsi və idarəetmə və iqtisadiyyat mövzusunun dərk edilməsi üçün çoxtərəfli makroiqtisadi sistemlərin bənzərliyi nəzəriyyəsi;

• psixologiya və sosialogiyanın əsasları;

• regionun biologiyası və coğrafiyası - çünki təbiət insan fəaliyyətinin mühiti və həyatı ilə bağlı digər fəaliyyət sahələri sırasında ilk növbədə onun sağlamlıq vəziyyətini müəyyən edir və insanın bədəninə və psixikasına təsir görstərir;

• iqtisadi və maliyyə fəaliyyəti ilə bağlı konkret qanunların bütövlüyünü təhlil etmək və təhlil etməklə yanaşı ümumi qanunvericilik bazası olmalıdır;

• çoxluqlar nəzəriyyəsi, ehtimal nəzəriyyəsi, riyazi statistika, hesablama metodları, dinamik proqramlaşdırma alqoritmi, ölçü nəzəriyyəsi - bütün bunlar idarəedicinin öz fəaliyyətinin nəticəsi kimi hesablaması, eləcə də xalq təsərrüfatının fəaliyyətini başa düşməsi üçün zəruri olanlardır;

• metrologiya və ölçü təcrübəsi, standartlaşdırma və sertifikatlaşdırma - qəbul edilən qərarların sistemliyi və əsaslığını təmin etmək üçün zəruridir;

• mühasibat uçotu -  müxtəlif ölkələrdə istifadə edilən mühasibat sistemlərini və makroiqtisadi statistikanı toplamaq və təhlil etmək sistemlərini müqayisə etmək bacarığı;

• sürətli oxuma və çap etmə,  özünütəhsili və həll yolları üçün vaxt ayırmaqdan ötrü əsas kimi;

• xarici dillər - əcnəbi ölkə təcrübəsini öyrənmək məqsədilə beynəlxalq əməkdaşlıq və xarici ölkə ədəbiyyatlarının oxunması;

•İKT bilik və bacarığı (soft/hard skils)...

Beləliklə, idarəedici idarəetmə funksiyalarını tam şəkildə idarə etməyi bacarmalıdır, nəticə etibarilə isə:

-idarəetmə tələbatı doğuran mühit amillərini aşkara çıxarmaq;

-hədəflər vektorunu formalaşdırmaq;

-idarəetmənin yeni konsepsiyalarını formalaşdırmaq;

-idarəetmə keyfiyyətlərinə nəzarət və qarşıya qoyulmuş nəticələrə çatmaq;

-idarəetmə obyektinin dayanıqlığı məsələlərinin həlli zamanı proqnoz metodologiyası və vərdişlərinin təkmilləşdirilməsi.

Belə bir məlumat qabiliyyətini mənimsəyən hər bir mütəxəssis milli iqtisadiyyatın idarəetmə prosesləri və fəaliyyətinin düzgün şəkildə başa düşülməsini heç şübhəsiz təmin etməyə qadir olacaqdır.

Təcrübə:

Keyfiyyətli idarəetmə təhsili alan menecer (mümkündür ki, ilkin olaraq idarəetmə bacarıqlarına malik olub), işə başladığı zaman bu və ya digər formada real işlərlə qarşılaşır.

İstənilən idarəetmə prosesləri sahəsinə daxil olmaq üçün təcrübə yığmaq çox zəruridir. Ona görə də ya daha təcrübəli bir nəfərin rəhbərliyi altında çalışmaq, yaxud da kiçik miqyasda işə başlamaq məsləhətdir.

Təcrübə göstərir ki, əgər region rəhbəri və ya iri şəhər meri, bu vəzifələri tutmazdan öncə zavod direktoru, rayon başçısı kimi işləyibsə, idarəetmənin keyfiyyəti xeyli yüksəlir.

Uzaq olmayan sovet keçmişində kadrlar təminatı üzrə iyerarxik sistem bu cür qurulmuşdu. Böyük sistemləri idarə edən (rayonlar, şəhərlər, regionlar) şəxs minimum olaraq keyfiyyətli təhsil və iş təcrübəsinə malik olmalı idi. Əgər region başçısı və ya şəhər meri vəzifələrinə təcrübəsi və ya profilli idarəetmə təhsili olmayan bir insan təyin olunursa, digərləri üçün "həssas" fiqur hesab olunaraq bundan öz tamah məqsədləri üçün istifadə edə bilərlər.

Eyni zamanda, belə rəhbər işçinin əxlaqi və etik keyfiyyətləri barədə birmənalı nəticə çıxarmaq mümkün olmur və buna baxmayaraq, bir sıra hallarda hər hansı bir yetərli məlumat və təcrübənin olmaması şəraitində ona çoxlu sayda insanlar və böyük bir sistemlə bağlı vəzifə tutmaq imkanı verilir.

Şəxsi qabiliyyət və keyfiyyətlər

İnsanların bir hissəsi uşaqlıq və gənclik dövrlərindən kiçik və böyük işlərin, müxtəlif proseslərin təşkilində  idarəetmə ilə bağlı öz bacarıqlarını nümayiş etdirirlər.

Bu, "idarəetmə" ixtisası üzrə ali təhsil almayan şəxslərdə də özünü büruzə verə bilər, buna baxmayaraq, həmin şəxs müxtəlif sahələr üzrə prosesləri keyfiyyətli şəkildə idarə edə bilər. Lakin, belə nümunələr çox deyil, tək-təkdir.

Belə rəhbər işçilərin iş keyfiyyətinə təsir edən daha bir amil də var - bu, müasir insanın olduğu yeni informasiya cəmiyyətlərinin şərtləridir. Bizim günlərdə cəmiyyətdə məlumat yenilənməsi tezliyi və periodikliyi nəsillərin yenilənməsi tezliyini əhəmiyyətli şəkildə üstələyir. Belə ki, yeni biliklər və mənimsənilən bacarıqlar fantastik sürətlə köhnəlir. Əvvəllər heç vaxt mövcud olmayan sahələr üzrə yeni biliklər və bütöv iqtisadi sahələr üzrə innovativ meyyarlar meydana çıxır.

Əgər, insan əvvəllər bütün ömrünü texniki olaraq oxşar mühitdə keçirirdisə, indi onun həyatı ərzində onu əhatə edən informasiya və texniki mühit dəfələrlə yenilənmiş olur. İndi biz hamımız daim yenilənən məlumat selinin real vaxt rejimi və axınında yaşayırıq ki, bu da bizdən, xüsusilə də rəhbər işçilərdən qeyri-standart qərarlar qəbul etmək, dərhal öz fəaliyyət metodlarını çevik şəkildə uyğunlaşdırmaq bacarıqları tələb edir. Bundan ötrü isə yaradıcı düşüncə - kreativlik tələb olunur.

Beləliklə, bu cür rəhbər işlərin olduqca az olduqları nəzərə alınanda, günümüzdə ilkin bacarıqların səmərəli idarəetmə fəaliyyəti üçün yetərli olmaması mümkündür, o səbəbdən idarə edən şəxsə səhv etmək hüququ vermir, həm də bundan çox adamlar əziyyət çəkə bilər.

Xülasə, onun üçün də belə bir nəticə hasil olur ki, rəhbər işçi idarəetmə sahəsində keyfiyyətli təhsillə bilik, bacarıq, təcrübə və səriştə əldə etməlidir.

Yəni, klassik reallıqlarda İdarəetmə=məslək+təcrübə+Peşəkarlıq+səriştə = Rəhbər

Əflatun Məmmədov,

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun  direktorunun birinci müavini,

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert, Rabitə ustası, 
Azərbaycan Dövlət İqtisad Unversitetinin Rəqəmsal Texnologiyalar və Tədbiqi İnformatika kafedrasının müəllimi