ABŞ - ın BMT- dən çıxması beynəlxalq sülh prosesinə böyük xəyanət və zərbə olacaq...
Bir qrup Amerika senatoru konqresə müraciət edərək ölkəni " dağılmış BMT-dən" çıxmağa çağırıblar. Fikirlərini belə izah ediblər ki, BMT heç bir iş görməyib, münaqişələrin qarşısını ala bilməyib və havayı pul xərcləyib. Ortada yenə də Trampın böyük siyasətdə " biznesmen təfəkkürü ilə hərəkət etməsinin parlaq izlərini görürük. Senatorların məntiqinə görə heç bir səmərəli iş görməyən təşkilatı ABŞ niyə maliyyələşdirsin ?!...
Senatorların bu sualından əvvəl başqa sual da var. Bəs BMT- ni bu günə kim qoydu? Senatorların yazdığı kimi " dağılmamışdan əvvəl onu dağlar günə kim qoydu"?...
BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq probleminin həlli üçün "iki dövlət" prinsipini əks etdirən qətnamələri 70 ildən çoxdur niyə icra olunmur? ABŞ - ın birmənalı olaraq İsraili dəstəkləməsi bu qətnamələrin kağız üzərində qalmasının əsas səbəblərindən biri deyilmi?
Ermənistanın təcavüzünə qarşı BMT - nin qəbul etdiyi 4 qətnamınin 30 ildə icra edilməsi üçün Amerika hansı prinsipiallığı göstərdi? Əksinə, qətnamələrin icrasına daim mane oldu.
Bir halda Amerika BMT TŞ- nin qətnamələrinin heç mürəkkəbi qurumamış icra etdi. Məsələn, 90- cı illərdə Serbiyada olduğu kimi, 2002- ci ildə Əfqanıstanda, 2003- cü ildə İraqda, 2011- ci ildə Liviyada olduğu kimi.Başqa hallarda isə BMT öz qətnamələrinin icrasına "ortası qırılmış ilan" kimi reaksiya verdi. ABŞ və TŞ- də veto hüquqlu başqa ölkələr də buna susdular. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti isə dedim..
BMT- nin müdtəmləkəçilikdən azad olunmalı xalqlarla bağlı xüsusi komitəsinin işinə mane olanların biri ABŞ deyil? Çünki hələ də müstəmləkə saxlayanlar Fransadır, Hollandiyadır- yəni Amerikanın NATO üzrə müttəfiqləridir.
İllərdi ki, BMT sistemində islahat çağırışları var. Azərbaycan prezidenti də BMT kürsüsündə konkret islahatların zəruriliyini bəyan edib. İslahat prosesinə real olaraq niyə start verilmir? Niyə TŞ qətnamələrinin taleyi 5 daimi üzv dövlətin əlində qalmalıdır? Daimi üzvlərin veto hüququ niyə də məhdudlaşdırılmasın? Veto hüququna malik ölkələrin sayı niyə türk dünyasının və Qoşulmama hərəkatının hesabına genişləndirilməsin? BMT qərarlarının icrasında ikili standartlara niyə son qoyulmasın? Məntiq və dünyadakı real vəziyyət tələb edir ki, bunlar baş versin. Ancaq Amerikaya sərf etmir, onun həlledici səs monopoliyasına başqa şərik çıxanlar olmasın deyə....
Bütün bunlar o deməkdir ki, senatorlarln müraciəti BMT- nin dağıdılmasında ABŞ-ın məsuliyyətini gizlətmək cəhdindən başqa bir şey deyil..
BMT- dən çıxmaq yox, onu dərindən islah etmək lazımdır, cənab senatorlar...
Başa düşülür ki, senatorlara bu ideya Trampın komandasından verilib. Ancaq yeni dünya düzəninin konsepsiyası verilmədən BMT- ni dağıtmaq "düzəndən xaosa" keçidə bənzəyəcək və bunun bütün məsuliyyəti ABŞ- ın üzərində qalacaq...