Bu cür danışıqlarla nəyəsə nail olmaq mümkün deyil

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşündən sonra tərəflər arasında humanitar sahədə əməkdaşlığın həyata keçriilməsi məsələsi xeyli dərəcədə aktuallıq qazanıb. Bəzi siyasilər hesab edir ki, belə bir əməkdaşlığın gerçəkləşməsi, problemin həlli üçün münasib zəmin formalaşdıra bilər.

Düşmənlə humanitar sahədə əməkdaşlıq Qarabağ probleminin həllinə təsir göstərə bilərmi? Xocalı soyqırımı kimi dəhşətli bir qətliama imza atan bir dövlətlə humanitar sahədə həyata keçiriləcək əməkdaşlıqdan fayda gözləmək nə dərəcədə məntiqlidir?

Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov Ermənistanla humanitar əməkdaşlığın perspektivinə inanmadığını, problemə bu cür yanaşmağın qəbuledilməz olduğunu vurğuladı:

"Bunun problemin həllinə heç bir müsbət təsiri ola bilməz. Bu danışıqları oyun-oyuncağa döndəriblər. Problemin həlli üçün ciddi danışqıqlar aparmaq lazımdır. Bu cür danışıqlarla nəyəsə nail olmaq mümkün deyil”.