Bu gün Milli Məclis Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovu baş nazir vəzifəsinə təsdiqlədi. Bu təyinat gözlənilməz oldu, xüsusən də iqtisadçının deyil, siyasətçinin Nazirlər Kabinetinin başına gətirilməsi cəmiyyətdə birmənalı qarşılanmadı.
Mövzu ətrafında Moderator.az-a münasibətini bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov təəccüblənməsinə rəğmən ümid edir ki, Novruz Məmmədov Nazirlər Kabinetini ölkənin vacib siyasi institutlarından birinə çevirəcək:
"Baş nazir postu təkcə inzibati deyil, həm də siyasi postdur. Yanlış olaraq Nazirlər Kabinetini ancaq inzibati təsərrüfatçılıq və ya iqtisadiyyata cavabdehlik daşıyan bir orqan kimi yanaşılır. Dünya praktikasına nəzər salsaq bir daha aydın görünər ki, Baş Nazirlik siyasi post olmaqla dövlətin idarə edilməsində başlıca rollardan birini oynayır. Hətta Milli Məclisin özü də siyasi postdur. Azərbaycanda iniyədək Prezidentdən və Administrasiyadan kənar siyasətlə məşğul olmaq faktiki qadağan olunduğundan hən Hazirlər Kabinetinin, həm də Parlamentin bir çox funksiyaları, o cümlədın siyasətlə məşğul olmalarına məhdudiyyət qoyulub. Siz təsəvvür edin, deputat bəyan edir ki, mən siyasətlə məşğul olmuram".
AMİP yetkilisi daha sonra deyib: "Azərbaycan Respublikası Konstitusiyasına görə, Prezident icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır və prezidentin yuxarı icra orqanıdır. Bu o deməkdir ki, konkret sahələr üzrə prezidentin yürütdüyü kursa məsuliyyət daşıyır. Və bu kursu həyata keçirir. Bu baxımdan Baş Nazirin iqtisadçı olması önəmli deyil. Önəmli prezidentin yürütdüyü siyasi kurs da daxil olmaq müxtəlif sahələr üzrə kursu uğurla həyata keçirməkdir. Ona görə də ölkədəki vəziyyətin dəyişməsi prezidentlə baş nazir başda olmaqla Nazirlər Kabinetinin birgə fəaliyyətindən bilavasitə asılı olacaq. Bu baxımdan da prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun Baş Nazir vəzifəsinə gətirilməsində qəbahət yoxdur. Əksinə, bu posta təcrübəli siyasətçinin və diplomatın gətirilməsi Nazirlər Kabinetinin indiyədək ancaq inzibatı çərşivədən çıxaraq daha geniş müstəvidə fəaliyyət göstərməsinə imkan yaradılcağı ehtimalı yaradır. Bu həm də siyasi məsuliyyət bölgüsü deməkdir. İnanıram ki, Kabinetdə islahatlar istiiqamətində atılan bu ilk davamlı və uğurlu olacaq. Yeni təyin olunan Baş Nazir Novruz Məmmədov ona edilən etimadı doğrulda biləcək və Kabineti vacib siyasi institutların birinə çevirməyə, ölkədəki problemlərin həllində xeyli iş görə biləcək, həmçinin Kabinetin nüfuznu artıra biləcək.