Çı­xış yo­lu Er­mə­nis­tan­da­kı nü­və stan­si­ya­sı­nın bağ­lan­ma­sı­dır

Azər­bay­ca­nın nü­və qa­çaq­mal­çı­lı­ğı­na qar­şı kam­pa­ni­ya­sı Er­mə­nis­ta­nı ABŞ-ın əl-aya­ğı­na sal­dı
El­şən Mus­ta­fa­yev: "Bü­tün bu fktlar bir da­ha sü­but edir ki, Azər­bay­ca­nın Er­mə­nis­tan­da fəa­liy­yət gös­tə­rən AES-in bağ­lan­ma­sı ilə bağ­lı baş­la­dı­ğı kam­pa­ni­ya tam əsas­lı­dır
Na­zim Hə­sə­nov: "Bu­nu ey­ni za­man­da Azər­bay­ca­nın apar­dı­ğı uğur­lu kam­pa­ni­ya­nın nə­ti­cə­si də he­sab et­mək olar"

Er­mə­nis­ta­nın nü­və qa­çaq­mal­çı­lı­ğı ilə məş­ğul ol­ma­sı­na da­ir ki­fa­yət qə­dər fakt­lar təq­dim olu­nub. Hət­ta er­mə­ni­lə­rin bu məq­səd­lər üçün han­sı mar­şrut­lar­dan is­ti­fa­də et­di­yi­nə da­ir də­qiq mə­lu­mat­lar ic­ti­ma­iy­yə­tə təq­dim edi­lib. Er­mə­nis­tan və­tən­daş­la­rı­nın müx­tə­lif öl­kə­lər­də ra­dio­ak­tiv mad­də­lər­lə həbs edi­lə­rək mə­su­liy­yə­tə cəlb olun­ma­sı­na da­ir də say­sız mə­lu­mat­lar möv­cud­dur. hət­ta er­mə­ni de­pu­tat­la­rın da bu iş­də əli ol­du­ğu­na da­ir sü­ğut­lar var. Ap­rel dö­yüş­lə­rin­dən son­ra isə Er­mə­nis­tan rəs­mi­lə­ri Azər­bay­ca­nı nü­və si­la­hı ilə təh­did et­mə­yə baş­la­dı. Bü­tün bu ha­di­sə­lər­dən son­ra Azər­bay­can "Stop Met­sa­mor" ad­lı ge­niş kam­pa­ni­ya­ya baş­la­dı.

"Ba­kı-Xə­bər"in er­mə­ni sayt­la­rın­dan əl­də et­di­yi mə­lu­ma­ta gö­rə, Er­mə­nis­tan hö­ku­mə­ti nü­və qa­çaq­mal­çı­lı­ğın­da öl­kə­si­nin adı­nın hal­lan­ma­sın­da və Azər­bay­ca­nın "Met­sa­mor" təh­lü­kə­si ilə bağ­lı baş­lat­dı­ğı kam­pa­ni­ya­nın dün­ya­da ar­tıq ef­fekt ver­mə­sin­dən na­ra­hat ol­ma­ğa baş­la­yıb və hə­rə­kə­tə ke­çib. Sar­kis­yan hö­ku­mə­ti xü­su­si ka­nal­lar­la sü­but et­mə­yə ça­lı­şır ki, gu­ya onun hö­ku­mət rəs­mi­lə­ri­nin nü­və qa­çaq­mal­çı­lı­ğı ilə heç bir əla­qə­si yox­dur və gu­ya on­lar nü­və qa­çaq­mal­çı­lı­ğı ilə mü­ba­ri­zə­də dün­ya ilə bir­gə hə­rə­kət edir­lər. Bu is­ti­qa­mət­də Er­mə­nis­ta­nın, xü­su­si­lə ABŞ-la ak­tiv işə baş­la­dı­ğı ar­tıq göz qa­ba­ğın­da­dır.

Bu ilin mar­tın­da Va­şinq­ton­da nü­və zir­və­sin­də Oba­ma­nın Er­mə­nis­ta­nı yox, onun pre­zi­den­ti­ni yox, məhz Azər­bay­ca­nı və Pre­zi­dent İl­ham Əli­ye­vi özü­nün stra­te­ji müt­tə­fi­qi say­ma­sı da, gö­rü­nür, er­mə­ni­lə­rə möh­kəm to­xu­nub.

Sar­kis­yan hö­ku­mə­ti­nin 2008-ci il­də Er­mə­nis­tan­la ABŞ ara­sın­da im­za­lan­mış nü­və qa­çaq­mal­çı­lı­ğı ilə mü­ba­ri­zə sa­zi­şi ət­ra­fın­da­kı ma­nevr­lə­ri­nə baş­qa cür izah ver­mək müm­kün­süz­dür. Be­lə ki, ABŞ-ın Er­mə­nis­tan­da­kı sə­fi­ri Ri­çard Mills bu gün­lər­də ver­di­yi açıq­la­ma­da bil­di­rib ki, kon­tra­ban­da ma­hiy­yə­ti da­şı­yan nü­və mad­də­lə­ri­nin da­şın­ma­sı­nın qar­şı­sı­nın alın­ma­sı üçün iki öl­kə ara­sın­da im­za­lan­mış əmək­daş­lıq me­mo­ran­du­mu ha­zır­da bir da­ha göz­dən ke­çi­ri­lir. Xa­tır­la­daq ki, bu sa­ziş 2008-ci il­də sa­biq döv­lət ka­ti­bi Kon­da­li­za Rays­la Ed­vard Nal­ban­dyan ara­sın­da im­za­la­nıb.

Tə­bii­dir ki, bu fak­tın or­ta­ya çıx­ma­sı Er­mə­nis­ta­nın həm də Azər­bay­ca­nın baş­lat­dı­ğı "Stop Met­sa­mor" kam­pa­ni­ya­sın­dan əl-aya­ğa düş­dü­yün­dən xə­bər ve­rir. Bü­tün bun­lar Azər­bay­ca­nın apar­dı­ğı kam­pa­ni­ya­nın əhə­miy­yə­ti­ni gös­tə­rir.

Azər­bay­van Mil­li İs­tiq­lal Par­ti­ya­sı­nın sədr müa­vi­ni El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Er­mə­nis­tan­da yer­lə­şən atom elek­trik stan­si­ya­sı­nın ya­rat­dı­ğı təh­did­lər­dən bi­ri də ra­dio­ak­tiv nü­və qa­çaq­mal­çı­lı­ğı­na ya­ra­nan şə­ra­it­dir: "Ar­tıq er­mə­ni­lə­rin bu is­ti­qa­mət­də əmə­li­nə da­ir ye­tə­rin­cə fakt­lar top­la­nıb. Dün­ya ic­ti­ma­iy­yə­ti­nə də bəl­li­dir ki, er­mə­ni­lər öl­kə­lə­rin­də əl­də et­dik­lə­ri ra­dio­ak­tiv mad­də­lə­ri Gür­cüs­tan əra­zi­si va­si­tə­si­lə müx­tə­lif öl­kə­lə­rin qa­ra ba­zar­la­rı­na çı­xar­ma­ğa ça­lı­şır.

He­sab olu­nur ki, prob­lem­dən çı­xış yo­lu Er­mə­nis­tan­da­kı nü­və stan­si­ya­sı­nın bağ­lan­ma­sı­dır. Stan­si­ya­da­kı nü­və tul­lan­tı­la­rı­na bey­nəl­xalq nə­za­rə­tin ar­tı­rıl­ma­sı da va­cib­dir. Bir fak­tı de­yim ki, son 10 il ər­zin­də Gür­cüs­tan Da­xi­li İş­lər Na­zir­li­yi və Təh­lü­kə­siz­lik Xid­mə­ti nü­və və ra­dio­ak­tiv mad­də­lə­rin qa­çaq­mal­çı­lı­ğı ilə bağ­lı 24 fakt aş­kar edib. Məhz bu­nun­la əla­qə­dar ola­raq 70 nə­fə­rin həbs edil­di­yi­ni bil­di­rib. Gür­cüs­ta­na ra­dio­ak­tiv mad­də­lə­rin ən çox gə­ti­ril­di­yi öl­kə­lər sı­ra­sın­da Er­mə­nis­tan ön­də ge­dir. Gür­cüs­ta­na so­nun­cu də­fə 2016-cı ilin ap­re­lin­də Er­mə­nis­tan­dan ra­dio­ak­tiv mad­də ke­çi­ril­mə­si­nə cəhd olu­nub. Nə­ti­cə­də al­tı nə­fər həbs edi­lib. Bü­tün bu fktlar bir da­ha sü­but edir ki, Azər­bay­ca­nın Er­mə­nis­tan­da fəa­liy­yət gös­tə­rən AES-in bağ­lan­ma­sı ilə bağ­lı baş­la­dı­ğı kam­pa­ni­ya tam əsas­lı­dır və heç də iki öl­kə ara­sın­da­kı konf­lik­tin ol­ma­sın­dan qay­naq­lan­mır. ABŞ-la Er­mə­nis­tan ara­sın­da bu yön­də uzun müd­dət bun­dan əv­vəl mü­za­ki­rə­lə­rin ol­ma­sı bu­nu bir da­ha sü­but edir. Mə­sə­lə­nin ABŞ-ın Er­mə­nis­tan­da­kı sə­fi­ri tə­rə­fin­dən gün­də­mə gə­ti­ril­mə­si də, məhz kam­pa­ni­ya­nın ak­tiv­ləş­mə­si­nə də­la­lət edir".

Eko­loq Na­zim Hə­sə­nov qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Er­mə­nis­ta­nın nü­və qa­çaq­mal­çı­lı­ğı ilə məş­ğul ol­ma­sı kon­kret də­lil­lər­lə sü­but edi­lir: "Er­mə­nis­tan əra­zi­sin­də olan AES-i bü­tün dün­ya­nın gö­zü­nə sox­ma­ğa ça­lı­şır­dı ki, bu təh­lü­kə on­la­rın düş­dü­yü blo­ka­da sə­bə­bin­dən ara­dan qalx­mır. Yə­ni ar­qu­ment bun­dan iba­rə­tiy­di ki, bu va­si­tə ilə Er­mə­nis­tan öz ener­ji tə­mi­na­tı­nı hə­ya­ta ke­çi­rir. Son­ra­dan kon­kret fakt­lar or­ta­ya çıx­dı və bəl­li ol­du ki, sən de­mə Er­mə­nis­tan AES-də­ki re­surs­lar­dan baş­qa məq­səd­lər üçün ya­rar­la­nıb. Kon­kret ola­raq dün­ya­nı na­ra­hat edən nü­və qa­çaq­mal­çı­lı­ğın­da hə­min öl­kə­nin əli ol­du­ğu or­ta­ya çıx­dı. İs­tan­bul­da ke­çi­ri­lən sam­mit­də İl­ham Əli­yev bü­tün dün­ya qar­şı­sın­da bu prob­le­mi qal­dır­dı. ABŞ-la im­za­la­nan sə­nə­din or­ta­ya çıx­ma­sı bu gün tam ola­raq sü­but edir ki, Er­mə­nis­ta­nın bu cür ci­na­yət­kar əməl­lə­rin­dən dün­ya­nın su­per­dö­lət­lə­ri də xə­bər­dar olub. Bu­nu ey­ni za­man­da Azər­bay­ca­nın apar­dı­ğı uğur­lu kam­pa­ni­ya­nın nə­ti­cə­si də he­sab et­mək olar".

Na­miq QU­Lİ­YEV