Heç kimə sirr deyil ki, Dağlıq Qarabağ problemini yaradan da onun həllini uzadan da Rusiya olub. Həmçinin 1992-1993 cü illərdə Xocalı soyqrımı və ərazilərimizin işğalı yenə də rus qoşunlarının ermənilərə birbaşa yardımı ilə həyata keçirilib. Bütün bunlara rəğmən problemin sülh yolu ilə həllini Rusiyanın da daxil olduğu Minsk qrupuna həvalə ediləndə bu məsənin uzanacağı təxmin etmişdi.
Bizim müxtəlif zamanlarda ATƏT-in Qarabağ problemi ilə bağlı məruzəçiləri olmuş Avropa siyasətciləri ilə görüşlərimiz zamanı onlar qeyri rəsmi olaraq bildirirdilər ki, problemin hər iki tərəfi qane edəcək həlli forması çoxdan hazırdır. Bundan o yanı mümkünsüzdür. Amma bunun həyata keçməsinə mane olan yalnız Rusiyadır. Düzü, bizim üçün bu o qədər təəcüblü olmadı. Çünki keçmiş post sovet məkanında bu tipli problemleri yaradan Rusiya nədən bunları həll etmək marağında olmalı idi ki? Ən acınacaqlısı da odur ki, olub keçənləri bilə - bilə Azərbaycanda hakimiyyətin müxtəlif qollarında hələ də Rusiya sevdallıları var.
Hərbçilərimizin apardığı 4 günlük müharibə gedişində Rusiya KİV-nin, xüsusilə də TV – lərin ölkəmizə qarşı həyasızcasına apardığı çirkin kampaniya bir daha sübüt etdi ki, onların dildə söylədiyi dost və strateji partnyor sözləri də saxtadır. Bütün bunlardan sonra kimsə sübüt etməyə çalışmasın ki, bu fəaliyyət həmin TV-lərdə çalışan ermənilərin gördüyü işlərin nəticəsidir. Çünki TV-in hamısı Rusiya hakimiyyətinin nəzarətindədir. Son illərin təcrübəsi göstərdi ki, kimliyindən asılı olmayaraq kimsə Rusiyanın strateji maraqlarına zidd hansısa siyasi iqtisadi verilişlər hazırlaya bilməz, bu siyasətə zidd fikir söyləyə bilməz. Eyni zamanda bu 4 günlük müharibənin bizim üçün əsas uğurlarından biri də gənclərimizdə Qarabağ və vətənpərvərlik təəssübünün daha da yüksəlməsidir. Bu günkü gənclərimizin çoxu 90-cı illərin əvvələrində ya həyata gəlməmişdilər ya da ki, prosesləri anlayacaq yaşda deyildilər. Həmin vaxt gedən müharibənin canlı şahidləri olmadıqları üçün o dövrü yaşayan insanlar qədər hadisələrə yanaşmaya bilərdilər. Amma indi artıq onlar hər şeyin canlı şahidi oldular, kimin dost, kimin düşmən olduğunu gördülər.

Elşən Mustafayev
AMIP Beynəlxalq əlaqələr katibi