Bütün həyatı boyu bir ömrü yaşayır İnqılab Nadirov. Dövlətimizin etimadı ilə göndərildiyi bütün sahələrdə özünə məxsus düzgün təmiz iş prinsiplərini qoruyaraq alnı açıq, üzü ağ verilən tapşırıqları yerinə yetirib.Onun Azərbaycan xalqının rifahı naminə etdiyi xidmətlərini sadalasaq böyük bir tarixin ən yeni danılmaz yeni təməli qoyular.
Ən böyük tarixi hadisə isə 1991-ci il 18 oktyabr müstəqillik aktının qəbul edilməsində göstərdiyi qətiyyətli xidmətidir. Azərbaycan xalqının bu gün azad, müstəqil yaşamasında Ali Sovetdə onlarla deputatla birlikdə mübarizə apararaq bizləri, bu günlərədək xoş anları yaşadan İnqlab Nadirovdan həmin anları öz dilindən eşitmək üçün müraciət etdik. Sağ olsun arzumuzu yerinə yetirdi. Müəllifin öz dilindən eşiddiklərimizi olduğu kimi dərc edirik.
Tarixi təcrübə göstərir ki, hər bir xalq milli müstəqilliyə qovuşması üçün daim mübarizə aparır. Milli müstəqilliyə nail olunması isə dövlət müstəqilliliyinin əldə edilməsindən keçir. Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı özünün kuliminasya həddinə çatmışdı. Ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-na rəhbərlik etdiyi dövrdə yəni, Muxtar Respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasında Naxçıvan MSSR-nın adının dəyişdirilərək , Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar qəbul edildi. Həmin sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpa və onun Naxçıvan Muxtar Respublikasının dövlər bayrağı kimi qəbul edilməsi haqqında yekdilliklə qərar qəbul edildi. Eyni zamanda yeni gerb və himnin hazırlanması üçün müsabiqə elan edildi.
Tarix və tale Azərbaycan xalqına qismət etdi ki, artıq o öz dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etsin. Azərbaycan SSR Ali Soveti "Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991- ci il avqustun 30-da Bəyanat qəbul etsə də, sənəd hüquqi baxımdan formal xarakter daşıyırdı. Ali Sovetin 30 avqust tarixli bəyanati ilə yanaşı ,"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” layihəsinin iki həftə müddətində hazırlanması barədə qərar qəbul etmişdir. Lakin respublika rəhbərliyi bu işi iki aya qədər ləngitdi. Lakin gec də olsa ,hökumətin hazırladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konistitusiya Aktı "layihəsində xeyli çatışmazlıqlar, boşluqlar var idi. Bu layihə oktyabrın 17-də keçiriləcək Ali Sovetin sessiyasında müzakirə olunmalı idi. Həmin layihə biz deputatlara öncə paylanmışdı və onunla ətraflı tanış idik. Biz həmin gün iclasa gələrkən həmişə olduğu kimi, Ali Sovetin girəcəyində bizə qəzetlər verdilər. Mənə də "Millət” qəzetinin həmin gün çapdan çıxmış bir nüsxəsini hədiyyə etdilər. Qəzetdə Etibar Məmmədovun və hüquqşünas Fuad Ağayevin birgə hazırladıqları "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konistitusiya Aktı”nin ikinci - alternativ variantı dərc olunmuşdur. Sessiya başlayana qədər bu materialla ətraflı tanış oldum. Axı dövlət müstəqilliyinin bərpası yüz ildə, min ildə olan hadisələrdəndir. Dövlət müstəqilliyinin bərpası o demək idi ki, Azərbaycan beynəlxalq hüququn yeni subyektinə çevriləcək. Ona görə də bu gündəlikdə duran məsələ bizdən çox diqqətli olmağı tələb edirdi.
Orada mənim nəzərdə tutduğum bir çox məsələlər öz əksini tapmışdır. Beləki, burada ilk növbədə hüquq varisliyi, bununla bağlı yaranan və yaranacaq mülkiyyət məsələlərini həll edirdi. Azərbaycan ərazisində yerləşən daşınmaz əmlakın Azərbaycana məxsus olması, daşınar mülkiyyətin isə yalnız müvafiq sazişlər əsasında başqa dövlətə verilməsi, keçmiş SSRİ qanunvericiliyinin hansı hədlərdə, Azərbaycan ərazisində hüquqi qüvvəyə malik olması barədə məsələlər nəzərdə tutulurdu. Bütün bunlar nəzəriyyədən daha çox, praktiki məsələlər idi. Əgər qəbul edilsəydi ki, Azərbaycan ərazisində yalnız Azərbaycan qanunları işləyəcək, bu çox pis nəticələrə gətirib çıxarardı.Çün ki, heç də SSRİ-nin bütün qanunları Azərbaycanın müstəqilliyinə zidd olan qanunlar deyildir. Hökumət lahiyəsində mülkiyyət, sahibkarlıqla bağlı müddəalar yox dərəcəsində idi. Hökumət layihəsində demək olar ki, preambula da yox idi. Konstitusiya Axtında beynəlxalq hüquqla uzlaşan, Azərbaycanın mənafeyinə uyğun olan, danışıqlar zamanı istinad edilə bilən normalar olmalı idi. Bütün bunlar hökumətin hazırladığı layihədə yox idi. Ali Sovetin sessiyası başlayan kimi hökumət komissiyasının sədri, deputat Hacıbaba Əzimov hazırladıqları layihə haqqında çıxış edib geniş məlumat verdi. Müzakirə başlayan kimi mən birinci çıxış edərək məruzəçidən soruşdum ki, siz layihəni hazırlayanda bu ikinci alternativ variantdan istifadə etmisinizmi? O, isə mənə cavab verdi ki, xeyr, istifadə etməmişik. Məlum oldu ki, onlara alternativ variant təklif olunsa da bunlar onu qəbul etməkdən imtina ediblər. Bundan sonra mən çıxış etdim:
"Hörmətli Millət vəkilləri! Əgər biz doğrudan da Azərbaycanın dövlət müstəqilliyini bərpa ediriksə, onda birincisi, Azərbaycan Respublikasının 1918-ci il may ayının 28-dən 1920-ci ilin aprelin 27-nə qədər mövcud olmuş eyni adlı dövlətin hüquqi xələfi adlanırıqsa, o vaxt Azərbaycanın ərazisi 114 min kvadrat kilometr olmuş və ötən 70 il ərzində Azərbaycan SSR öz ərazisinin faktiki olaraq 28 min kvadrat kilometrini itirmişdir. Biz əgər dövlət müstəqilliyimizi bərpa ediriksə, deməli, bu dövr ərzində torpaqların(28 min kv.km.) verilməsi ilə əlaqədar çıxarılmış qanunlar, qərarlar, bağlanmış müqavilələr və s. sənədlər ləğv edilməlidir və biz həmin əraziləri tələb etməliyik.
İkincisi, " Millət” qəzetində deputat Etibar Məmmədov və hüquqşünas Fuad Ağayevin birgə hazırladıqları ikinci qanun layihəsi var və mən onu oxumuşam. Yəqin ki, bəzi deputat yoldaşlar da oxuyublar. Mən təklif edirəm ki, yeni komissiya yaradılsın, hər iki lahiyəyə birgə baxılsın, yeni Qanun lahiyəsi hazırlansın və yekun lahiyə Ali Sovetin növbəti sessiyasında müzakirə edilsin.
Üçüncüsü, yekun qanun layihəsi təkliflərlə birlikdə referenduma çıxarılmaqla ümumxalq müzakirəsinə verilsin.”
Mənim çıxışımdan sonra müzakirə dayandırıldı və Ali Sovet qərara aldı ki, deputat Hacıbaba Əzimov, hüquqşünas Şahin Əliyev, Fuad Ağayev və Niyazi Səfərovdan ibarət yeni işçi qrupu yaradılsın və hər iki layihə üzərində operativ şəkildə iş apararaq vahid yekun layihə hazırlayıb Ali Sovetin sessiyasının müzakirəsinə təqdim edilsin. Həmin gün yeni tərkibdən ibarət komissiya çox gərgin işləyərək mükəmməl bir layihəni hazırlayıb oktyabrın 18-də sessiyanın müzakirəsinə təqdim etdi. Nəticə etibarilə 18 oktyabrda müzakirəyə çıxarılan layihədə alternativ təkliflərin çox hissəsinin nəzərə alınması "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konistitusiya Aktı”nın daha təkmil sənəd kimi qəbuluna imkan verdi.
Bu gün mən qürur hissi ilə fəxr edirəm ki, o zaman təşəbbüskarı olduğum məsələlər reallaşdı və "Azərbaycan Respublikasının dövlət müstəqilliyiı haqqında Konistitusiya Aktı” daha təkmil formada qəbul olundu.
Ali Sovet tərəfindən 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyiı haqqında Konistitusiya Aktı” qəbul etməsilə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan edildi. Həmin Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etdi.
Həmin aktda eyni zamanda Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olundu. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konistitusiya Aktı”nda Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri öz əksini tapdı. Bu ali sənəddə hakimiyyətin və eləcə də bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edildi.
Bu gün demək olar ki, Müstəqil Azərbaycan dövləti dünya dövlətləri cərgəsində özünəməxsus iri addımlarla irəliləyir.
Bu gün müstəqillik aktının qəbul edilməsi tarixinə nəzər salanda İ.Nadirovun ictimai, siyasi fəaliyyətində ən önəmli fəaliyyəti görə bilirik.Dövlət Müstəqillik Aktının hazırlanan vaxtı fəal iştirak edən İ.Nadirov həmişəki kimi öz tarixi fikirlərini və müzakirələrini əsaslı şəkildə izah edərək müstəqillik aktının qəbulu üçün referendum keçirilməsi tələbi ilə çıxış edir.1991-ci ilin dekabrın 29-da referendum keçirildi.Əvəz olunmaz insanların sayəsində bu gün Azərbaycan xalqı müstəqil azad bir ölkədə yaşayır.Ancaq bu gün azad müstəqil Azırbaycanın bu günə qədər keçdiyi əzablı, acılı, ağrılı çətin günlərində ağrıları acıları çiyinlərində daşıyan, ölüm- dirim mübarizısinə qalxıb, gələcəyimiz üçün hər şeyi gözü önünə gətirən yüzlərlə mübariz vətən oğullarının əməyinin misli bərabıri olmadığının bir daha şahidi oluruq.Bunların, yaşananların canlı şahidləri bu gündə bizimlədir yaşayıb yaradır, ömrünün gününü bir gün belə böş keçirmir.
İ.Nadirov çalışdığı sahələrdə yaratdığı şərait, çəkdirdiyi yollar,tikdirdiyi məktəblər, icra başcisii işlədiyi rayonlarda apardı yenidən qurma işləri hamının gözü qabağında olub.İnqilab müəllim yazır, yaradır,neçə-neçə kitabların elmi əsərlərim müəllifidir.Ölkəyə milyonlarla xeyir verən dövlət əhəmiyyətli ixtiraları prezidentimiz tərəfindən və xarici dövlətlər tərəfindən ali mükafatlarla qiymətləndirilib.Bu gün İnqilab Nadirov Azərbaycan vətəndaşı kimi bir neçə xarici olkələrin orden medalları ilə təltif olunub.
Biz Mərhəmət elçisi yurnalı olaraq İnqilab müəllimə minlərlə Azərbaycan vətəndaşları adından can sağlığı,uzun ömürlər arzulayırıq və deyirik.Əziz İnqilab müəllim UCA YARADAN İNSANLARI YARADIR.TARİX İSƏ YAŞADIR.VAR OLUN İNQİLAB MÜƏLLİM.
İnqilab Ədil oğlu Nadirov,
Azərbaycan Respublikası ilk Milli Məclisinin üzvü, "Oktyabr İnqilabı”, "Qırmızı Əmək Bayrağı”,
"Şərəf Nişanı” ordenləri və medalla
təltif olunmuşdur. SSRİ kənd təsərüfatı əlaçısı. Yazıçılar Birliyinin üzvü Ehtiyatda olan polkovnik-leytenant
/Pressxeber.az/