Ekspertlər bütün bunları böyük məsuliyyətlə qiymətləndirirlər"

Qazaxıstanda “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasını araşdıran hökumət komissiyası 30 gün ərzində işinin ilkin nəticələrini təqdim edəcək.

Musavat.com xəbər verir ki, bu barədə komissiyanın üzvü, respublikanın nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib: "Ümumilikdə, standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir". 

"Kazinform" agentliyinə danışan Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir: “Yəni təyyarənin parçaları, qəza yerindən izlər toplanır. Bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş anqarda toplanır. Ekspertlər bütün bunları böyük məsuliyyətlə qiymətləndirirlər".