Siyasi şərhçi Çingiz Şahbazi yazır:
Qarabağ məsələsində tam olaraq istədiyimiz nəticəni əldə etmək üçün, Türkiyədə keçirilən prezident seçkilərinin bizim üçün önəmi çox vacib idi. Məhz bu baxımdan Azərbaycan cəmiyyətində bu seçkilərə olan maraq və diqqət, elə qardaş ölkədə olduğu qədər diqqət çəkirdi. Seçkilər başa çatıb və Azərbaycanın problemlərini öz problemi bilən Rəcəb Tayyib Ərdoğan seçkilərin qalibi oldu və o yenidən Türkiyə prezidenti postuna seçildi. Bu Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusu idi. Çunki, 44-gunlük müharibənin əvvəlindən ta sonuna qədər Azərbaycanın yanında duran Rəcəb Tayyib Ərdoğan, istər siyasi baxımdan, istərsə də hərbi sənaye baxımından olsun, ölkəmizə qarşı hər cür dəstəyini əsirgəməmişdir və onun yenidən Türkiyə prezidenti postuna seçilməsi, Azərbaycanının Qarabağda tamamlanmasına az qalmış məsələlərin həlli istiqamətində öz müsbət təsirini göstərəcəyinə xalqımız inanır.
Bundan başqa hörmətli Türkiyə prezidenti Ərdoğan, dünyada önəmli siyasi fiqurlardandır.O dünya liderlərinin içində yeganə siyasət adamıdır ki, ABŞ və Rusiya arasında, yəni, iki qütb arasında çox professional şəkildə siyasi manevr imkanlarını həyata keçirməyi bacarır.Məhz bu səbəbdən hər iki super gücün Ərdoğan şəxsiyyətinə ehtiyacları zaman zaman ortaya çıxır.Xüsusilə də Rusiya Ukrayna müharibəsi fonunda, Rusiyanın və onun prezidenti Putinin, Türkiyə prezidenti Ərdoğana çox böyük ehtiyacı var.
NATO hərbi gəmilərinin Bosfordan Qara dənizə keçməsinə izin verməyən Ərdoğan və həmçinin Abş-ın və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi siyasi və iqtisadi sanksiyalarına qoşulmamaqla Rusiyaya böyük dəstək verdi və əslində bu addım regional təhlükəsizlik baxımından və daha böyük müharibənin qarşısının alınmasına kömək edir. Əslində böyük güclərin Ərdoğanın yürütdüyü bitərəf qalaraq, balanslı siyasətindən narazı görünən tərəf yoxdur.Məhz bütün bunları nəzərə alsaq, Ərdoğanın Azərbaycan üçün və Cənubi Qafqaz və region ölkələr üçün nə qədər vacib bir siyasi fiqur olduğunu görərik.
Millət