Konstitusiya dəyişikliyi ilə bağlı ilkin məlumatlar Bakı vaxtilə saat 22-də açıqlanıb; bülletenlərin 98 faizinin sayılmasından sonra seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib
Aprelin 16-da Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilib.
"Yeni Müsavat” milliyet.com-a istinadən verdiyi məlumatına görə, ölkənin əksər bölgələrində səsvermə yerli vaxtla 08.00 başlayıb, saat 17.00-da başa çatıb. Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb, 16.00-da bitib. Məlumdur ki, ölkə xaricində yaşayan türk vətəndaşları artıq səs veriblər. Həmin səslərin nəticəsi ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanıb. Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib. Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub.
Türkiyə Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulurdu. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.(materialın hazırlanmasında APA, axar.az, lent.az, strateq.az saytlarının xəbərlərindən də istifadə olunub).
Referendumu izləmək üçün 500 xarici KİV təmsilçisi Türkiyəyə gəlib. Bundan başqa, Türkiyədə fəaliyyət göstərən xarici və yerli media nümayəndələri də referendumu işıqlandırmaq üçün qeydiyyatdan keçiblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birgə səs verib. Onun yanında kürəkəni Türkiyənin enerji və təbii qaynaqları naziri Berat Albayrak, oğlu Bilal və onun həyat yoldaşı da olub. Dövlət başçısı İstanbul şəhərində Üsküdar məhəlləsindəki Safet Cabi orta məktəbindəki seçki məntəqəsində seçimini etdikdən sonra açıqlama verib.
Image result for Binali Yıldırım sandık
"Bu referendum sıradan bir səsvermə deyil. Respublika tarixində parlamentli sistemlə bağlı bir neçə səsverməmiz olub. Lakin bu səsvermə yeni idarəçilik sistemi ilə bağlı dəyişiklik seçimidir. Mən inanıram ki, xalqımız yeni sıçrayışın, daha güclü inkişafın yolunu açmağa qərar verəcək. Nəticələri şəxsən izləyəcəyəm. Hava şəraiti göstərir ki, seçkilərdə iştirak faizi çox yüksək olacaq” deyə, Ərdoğan bildirib. Türkiyə prezidenti səsini nəvəsi ilə birlikdə qutuya atıb.
Türkiyə baş naziri Binəli Yıldırım İzmir şəhərində səs verib. "Vətəndaşlıq borcumu yerinə yetirdim. İndi də işimizə-gücümüzə baxacağıq. Vətəndaşlar dinc şəkildə seçimlərini edirlər. Çıxan nəticə nə olursa-olsun, başımızın tacıdır. Millətimizin verdiyi qərar ən gözəl qərardır” deyə, baş nazir bildirib.
CHP lideri Kamal Kılıçdaroğlu həyat yoldaşı Selvi Kılıçdaroğlu və oğlu Kərəm Kılıçdaroğlu ilə birlikdə Ankarada səs veriblər. Səsvermədən sonra jurnalistlərə açıqlama verən CHP lideri "son dərəcə gözəl bir kampanya apardıq. Bütün vətəndaşlarımızı qucaqladıq, heç kimə özgə kimi baxmadıq. Bu gün Türkiyənin taleyini həll edirik. İnşallah, xeyirli sonunc çıxar”deyə, bildirib.
MHP başqanı Dövlət Baxçalı Anıttəpədə səs verib. O da vətəndaşlıq görəvinin yerini yetirdiyini, bu referendumun Türkiyə tarixində yeni bir səhifə açdığını söyləyib.