Əli Orucov: "Hesab edirəm ki, ermənilərin bu kimi əməlləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır"
"Onlardan bu kimi iyrənc əməllər hər zaman gözləniləndir"
Məlum olduğu kimi, Ermənistan Azərbaycanla təmas xəttində baş verən gərginlik zamanı ölən hərbçilərinin sayını gizlətməyə və sayı əsaslı şəkildə azaltmağa çalışdı.
Atəşkəs bərpa olunduqdan sonra isə Ermənistan Müdafiə Nazirliyi hər gün bir neçə hərbçinin öldüyü ilə bağlı məlumat yayır, lakin məlumatlarda hərbçilərin ölüm səbəbləri müxtəlif göstərilir. Hərbçilərin ölüm səbəbi kimi ya silahla ehtiyatsız davranmadan başından güllə yarası aldığı, ya da avtomobilin idarəetmə qaydalarını pozduğuna görə 2 maşın arasında qalaraq əzilib öldüyü göstərilir.
Bununla yanaşı, diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, ermənilər meyitləri dəyişməkdən yayınır, müxtəlif pozuculuq halları törədərək buna mane olmağa çalışır. Hətta bir sıra hallarda öz cəsədlərinə belə yiyə durmurlar. Vəziyyət o həddə gəlib çatıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmisi Hikmət Hacıyev məsələyə münasibət bildirib: "Ermənistan tərəfinin əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, Azərbaycan hərbi qulluqçusunun nəşinin nümayişkarcasına qaytarmaqdan imtina etməsi rəsmi Yerevanın beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası və əlavə protokolların normalarının növbəti kobud pozulmasıdır. Humanizm dəyərlərindən kənar olan Ermənistan rejimi cəsədləri belə işgəncə, təhqir və fiziki zorakılığa məruz qoyaraq qisas və siyasi möhtəkirlik obyektinə çevirir. Bu kimi zorakılıq əlamətləri son günlərdə geri qaytarılmış hərbi qulluqçuların cəsədlərində də müəyyən edilib".
Sözügedən məsələni dəyərləndirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, prinsipcə, erməni tərəfindən bu kimi iyrənc əməllər hər zaman gözləniləndir: "İstər birinci Qarabağ müharibəsi dövründə, istərsə də ondan sonrakı dövrlərdə dəfələrlə bənzər hallar özünü göstərib. Şəhid Mübariz İbrahimovla Fərid Əhmədovun meyitini aylarla Azərbaycan tərəfinə təhvil vermədilər. Yalnız o zaman Rusiya prezidenti olan Dmitri Medvedyevin vasitəçiliyi sayəsində cəsədləri geri qaytardılar. Vəhşiliyin, qeyri-insaniliyin dərəcəsinə bax ki, bir neçə il əvvəl şəhidlərin cansız bədəninin şəkillərini "Odnaklassnik" saytına yerləşdirdilər.
Budur ermənilərin iç üzü. Hesab edirəm ki, ermənilərin bu kimi əməlləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Dünyaya göstərilməlidir ki, onlar necə vəhşi millətdir. Çox təəssüflər olsun ki, bəzi təşkilatlar buna kəskin reaksiya vermir. Halbuki, bənzər addımları Azərbaycan tərəfi atsaydı, tamamilə fərqli mənzərənin şahidi olardıq".
Vidadi ORDAHALLI