Ermənistan heç vaxt haqlı və demokratik ölkə olmayıb və ola da bilməz

"Onun fikirlər Azərbaycan-ABŞ əlaqələrinə zərbə vurmaqla yanaşı, Ermənistan-Azərbaycan danışıqlarının da gərgin qalmasına yol açır"
"ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycan-Amerika əlaqələrinə xələl  gətirməsini və sivil dəyərlərə inamın sarsıdılmasına rəvac verən yanaşmasını anlamaq çox çətindir".

Bu barədə "Sherg.az"a AMİP Siyasi Şuranın üzvü, politoloq Əli Oruclu deyib. 
Partiya təmsilçisi qeyd edib ki, əgər həqiqətən də ABŞ regionda sülh və demokratiyanın bərqərar olmasını istəyirsə, o zaman məsuliyyətli davranılmalıdır: 

"Nensi Pelosinin İrəvandakı bəyanatları qərəzli, ədalətsiz və qeyri-obyektivdir. Bu fikirlər Azərbaycan-ABŞ əlaqələrinə zərbə vurmaqla yanaşı, həm də Ermənistan-Azərbaycan danışıqlarının gərgin qalmasına yol açır. Belə yanaşmanı regionda sülh və sabitliyin əldə olunmasına yönəlik təxribat saymaq olar. Tərəflərin sülhə təşviq edildiyi bir məqamda ABŞ rəsmisinin bu cür açıqlaması beynəlxalq hüquq-normalarına ziddir. ATƏT-in Minsk qrupunun üzvü olan Vaşinqton 30 il ərzində bir dəfə də olsun işğalçı Ermənistanı öz adı ilə çağırmayıb. Ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarında dini-tarixi abidələri məhv edib, ekologiyaya sağalmaz ziyan vurub. İşğal nəticəsində minlərlə insanımız, yaşlı, qadın, uşaq demədən amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb. Xocalı soyqırımı və neçə-neçə qətliamlar baş verib. Bir milyon vətəndaşımız 30 il ərzində qaçqın, köçkün həyatı yaşamağa məcbur olublar. Ancaq amerika rəsmiləri bunların heç birinə reaksiya verməyiblər, göz yaşı tökməyiblər. Amma indi Pelosi İrəvanda saxta, uydurma "soyqırım" abidəsinin önündə ağlayır". 

Ə.Oruclu vurğulayıb ki, Ermənistan heç vaxt haqlı və demokratik ölkə olmayıb və ola da bilməz: 

"Demokratiyanın təməl prinsiplərindən biri digər xalqların hüquqlarını qəbul etmək, dini-milli ayrıseçkilikdən uzaq olmaq, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hömrətlə yanaşmaqdır. Ermənistan terrorçu dövlətdir və Paşinyanın hakimiyyəti isə hərbi xuntadır. Pelosinin demokratiya barədə ifadələri demokratiya uğrunda mübarizə aparan insanlar da ruh düşkünlüyünə və ümidsizliyə yol açdı".

Millet