AMİP lideri Etibar Məmmədov
partiyanın Samux RT sədri İradə Həsənovanı yubleyi münasibəti ilə təbrik edib. "Millət”ə
daxil olan həmin təbrik məktubunda deyilir:
Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür can sağlığı, şəxsi işlərinizdə və fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram.
Siz hələ gənckən Azərbaycanın azadlığı və müstəqilliyi uğurunda gedən mübarizəyə qoşularaq, hərəkatın fəal iştirakçılarından olmusunuz. Məhz Sizin kimi fədakar, qorxmaz, millətinə sıx bağlı olan milyonların mücadiləsi sayəsində dövlət müstəqilliyimizə yenidən qovuşa bildik. Yüksələn üçrəngli bayrağımızın bir daha enməməsi və demokratik, hüquqi cəmiyyətin qurulması üçün əlinizdən gələni əsirgəmirsiniz.
Azərbaycan Milli İstiqlal Partiyasında bu yöndə göstərdiyiniz fəaliyyət və keçdiyiniz yol S
izi bir siyasətşi kimi yetkinləşdirib. Sizin simanızda Azərbaycan qadınının azad və hürr olduğu, ali dəyərlərə çatmaq üçün yorulmadan çalışdığı bir daha əyani təsdiqini tapır. Rəhbəri olduğunuz AMİP Samux Rayon Təşkilatı bölgənin ictimai-siyasi həyatında aktiv rol oynamaqla yanaşı, partiyanın qabaqcıl təşkilatlarından birinə çevrilib. İnsanlarla xoş rəftarınız, onların problemlərini həmişə diqqətdə saxlamağınız, eləcə də haqq və hüquqlarının qorunmasına göstərdiyiniz səylər bölgədə Sizə xeyli nüfuz qazandırıb. Parlament seçkilərində deputatlığa AMİP-in irəli sürdüyü namizəd kimi seçicilər tərəfindən böyük dəstək almağınız həm ardıcıl, prinsipial fəaliyyətinizin, həm də şəxsi keyfiyyətlərinizin nəticəsi idi. İnanıram ki, ali ideya və dəyərlər uğrunda aparılan mübarizədə əqidədaşlarına bundan sonra da çiyin-çiyinə, birgə addımlayacaqsınız."
Hörmətlə, Etibar Məmmədov
AMİP Lideri
Bakı şəhəri, 7 iyul 2018-ci il