Etibar Məmmədov Vurğun Əyyubun vəfatı ilə əlaqədar başsağlığı verdi

AMİP-in Fəxri Lideri Etibar Məmmədov Vurğun Əyyubun vəfatı ilə əlaqədar başsağlığı verib.

Azərbaycan Milli Azadlıq Hərəkatının rəhbərlərindən biri, görkəmli ictimai-siyasi xadim, alim və ziyalı Vurğun Əyyubun vəfatı xəbərindən dərindən kədərləndim. Vurğun bəy Azərbaycanda ali məktəblərə test üsulu ilə qəbul imtahanlarının keçirilməsinin memarı və rəhbəri olaraq ölkədə mütərəqqi yeni bir dönəmin bünövrəsini qoyub. O, fəaliyyətinin böyük bir qismini Azərbaycan xalqının elminin inkişafına və gənc kadrların yetişdirilməsinə həsr edib. Vurğun bəyin xatirəsi həmişə hörmətlə yad ediləcək.

Vurğun Əyyubun vəfatından bir daha kədərləndiyimi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verirəm.

Allah rəhmət eləsin.