Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı olacaq

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi 4 aylıq "Bölgələrdən səslər-3” layihəsinin yekunu olaraq "Bölgələrdən səslər-3” antologiyası nəşr edilib. (DGTYB indiyə kimi "Bölgələrdən səslər”in iki cildini nəşr edərək ədəbi ictimaiyyətə təqdim edib. Antologiyanın birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə gün üzü görüb. Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayıb-yaradan, gələcək vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən antologiyanın hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.

Şəfa VƏLİ (DGTYB üzvü, Gəncə), Tural ADIŞİRİN (DGTYB üzvü, Şəki), Əfsanə ƏLƏSGƏRLİ (DGTYB Məclis üzvü), Nofəl ÜMİDin (DGTYB NTK başqanı) tərtib etdiyi "Bölgələrdən səslər-3”-ün layihə rəhbəri (və baş redaktoru) Əkbər QOŞALI (DGTYB Məsləhət Şurasının başqanı), redaktorları: əməkdar jurnalist Azər HƏSRƏT, DGTYB Məsləhət Şurası üzvü Sərdar ŞİRVAN, məsləhətçiləri: "525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad MƏCİD, AYB Gəncə filialının başçısı, şair XƏZANGÜL, "USTAD” jurnalının baş redaktoru dos.dr. Şəmil SADİQ, rəyçiləri isə: Əli Kərim ad. Poeziya Klubunun direktoru, şair İbrahim İLYASLI (Sumqayıt), yazıçı-publisist Müşfiq XAN, şair-publisist İlham İSMİXANOĞLUdur (Bərdə).

Qeyd edək ki, adıkeçən layihənin yekun tədbiri – antologiyanın təqdimatı və "Gənc yazarların poeziya gecəsi”, saat 15.00-da iyunun 29-da Binəqədi Gənclər Evində keçiriləcək.