1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan öz müstəqilliyini bərpa etdi. Oktyabr ayının 18-də müstəqilliyin bərpasının növbəti il dönümü Azərbaycan Dövlət Televiziyası ana xəbər başlıqlarında ilk xəbər kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Respublikamızın rayonlarına ənənəvi səfərini işıqlandırdı. Dövlət televiziyası ikinci xəbər başlığında müstəqillik günü olduğunu qeyd etdi.
Müstəqil dövlət olmasa, onun Prezidenti da olmur. Yəni ikinci xəbər başlığının mövcudluğu birinci xəbər başlığının mövcudluğunu təmin edir və bu bir daha onu göstərir ki, xəbər başlıqlarının yeri səhvdir.
İkinci bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Bu günlərdə Azərbaycanda keçirilən Dünya Gənclərinin Qlobal Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı dünya dövlətlərini terrora qarşı birgə mübarizə aparmağa səslədi.
Bununla bağlı mən öz fikrimi bildirmək istəyirəm:
Terror dünyadan ayrı mövcud deyil. Bu fikri belə ifadə etmək daha məqbul olardı. Gənclər, gəlin birlikdə terrora YOX deyək!
Akif Muradov