Ölkədə son dönəmlər çox ciddi və sürətli proseslər gedir. Hətta bu proseslər o dərəcədə qəfil və gözlənilməz olur ki, təhlillər aparmaq, münasibət bildirmək belə gec olur. Milli Məclisin buraxılması isə cəmiyyətdə böyük rezonans doğurdu və sanki bir təlatum yaratdı. AMİP Siyasi Şurasının üzvü Əli Orucovla söhbətimizə parlamentin buraxılması mövzusunda başlayaraq, gündəmin digər məsələlərinə də aydınlıq gətirməyə çalışdıq. Həmsöhbətimizə ilk sualımız da məhz Milli Məclisin buraxılması oldu.
- Əli bəy, Milli Məclisin buraxılması ilə bağlı prezidentə müraciət olundu. Sizcə, parlamentin buraxılmasına zərurət var idimi?
- Parlamentin buraxılması müxalifət düşərgəsini qəfil yaxaladı və seytnot vəziyyətdə qoydu. Hakimiyyət müxalifət düşərgəsindən fərqli olaraq daha çevik, daha riskli və praqmatik oyun sərgiləyir və hələ ki oyun qaydalarını da o müəyyənləşdirir. Prezident İ.Əliyevin atdığı addımlar o qədər sürətli və gözlənilməzdir ki, əks düşərgə buna hətta münasibət bildirməyə, təhlillər aparmağa macal tapmır. Parlamentin buraxılması da əslində gözlənilən olsa da, bunun belə tezliklə reallaşacağı, qəfil baş verəcəyi düşünülmürdü. Mərkəzi və yerli icra oqranlarında struktur və kadr dəyişiklikləri birbaşa prezidentin səlahiyyətlərinə daxil olsa da, parlament ali qanunverici oraqan kimi hakimiyyətin müstəqil qolu olaraq bu dəyişikliklərdən kənarda qalacağı təəssüratı yaradırdı. Yəni parlamentin yenilənməsi prezidentin bir fərmanı ilə həyata keçirilməsinə konstitusiya imkan vermirdi. Halbuki Milli Məclisin buraxılması, gedən sürətli proseslərdən kənarda qalmaması labüd idi. Əgər ölkədə institusional və köklü reformalara start verilibsə, o zaman hakimiyyət qollarında da bu proses getməlidir ki, ümumi dinamikaya əngəl törətməsin.
Əslinə qalsa Milli Məclis çoxdan buraxılmalı idi. Çünki bu orqan faktiki olaraq ona verilən və üzərinə düşən vəzifələrin və məsuliyyətin öhdəsindən gələ bilmirdi. Hakmiyyət qolları paylaşılırsa, o zaman məsuliyyət də paylaşılmalıdır. Ölkədə yaranmış gərgin vəziyyət, durğunluq təkcə ali icra orqanın deyil, qanunverici oraqnın da fəaliyyətinin nəticəsidir. Bölgü təkcə hakimiyyət bölgüsü ilə yekunlaşmamalı, məsuliyyət bölgüsü də olmalıdır ki, parlament həmişə bu bölgüdən özünü kənarda saxlayıb. Bu neqativ hal idarəetmənin bütün sahələrində mövcuddur, vəzifə, səlahiyyət var, amma məsuliyyət və cavabdehlik yoxdur. Ona görə də ölkədə hətta ən kiçik, ən xırda problemin günahkarı da, həlli də prezident İ.Əliyevdə görülür. Bunu yaradan əsas səbəbini siyasi sistemin və idarəçiliyin yarıtmazlığında axtarmaq lazımdır. Siyasi sistem vertikal olaraq aşağıdan yuxarı bir şəxsin iradəsinə uyğunlaşdırılıb və hakimiyyət faktiki bir əldə cəmləşdirilib. Sərbəstliyə və təşəbbüskarlığa imkan verilməyib. Ölkə on illər boyu sovetlərdən qalma sərt mərkəzləşmə və inzibati-amirlik sistemi ilə idarə olunub. Bu sistemin də ən eyəcərliklərindən də biri müti, yuxarların əmrlərinə, göstərişlərinə sözsüz əməl edən, konyuktur məmurlar ordusu və brokratik aparat yetişdirməsidir. Siz də şahidi olarsız ki, hər hansı məmura, bürokrata nəsə etiraz bildirəndə, yaxud hər hansı bir məsələ ilə müraciət edəndə "yuxarları” və "yuxarların göstərişlərini” göstərirlər. Bu göstərişin isə qanununi olub olmadığını heç kəs təftiş və müzakirə edə bilməz.
Qayıdaq parlamentin buraxılmasına, bununla bağlı mətbuata verdiyim açıqlamamda demişəm ki, ali qanunverici orqanın buraxılması labüd idi. Çünki hazırkı tərkib nə dövrün tələblərinə, nə ölkədə gedən proseslərə, nə də prezidentin yürütdüyü siyasətə və atdığı addımlara cavab vermirdi. Prezidentin davamlı mesajlarından və hadisələrin sürətli axarından güman edilir ki, parlamentə də növbə çatacaq. Həm də ona görə ki, Milli Məclis bu proseslərə nəinki adekvat deyildi, hətta tormozlayırdı. İş qabiliyyəti və təşəbbüskarlıq demək olar ki, sıfır idi. Dəyişiklərə start verilirsə, buna ara vermək olmaz və bu proses dinamik olmalıdır. Lakin burada vacib bir məqam var. Parlamentin buraxılması hələ o demək deyil ki, yeni formalaşdırılacaq tərkib bundan yaxşı olacaq. Vacib olan odur ki, seçki institutlarına cəmiyyətdə inam yaradılsın və yeni seçiləcək Milli Məclis xalqın iradəsini doğrudan-doğruya əks etdirsin.
Əgər əvvəlcə hazırlanmış siyahı üzrə, təyinatla mandat veriləcəksə, fundamental olaraq heç nə dəyişməyəcək. Ümid edək ki, prezidentin son dönəmlə verdiyi pozitiv mesajlarının arxasında siyasi iradə dayanacaq və ciddi reformalara həyata keçiriləcək. Buraxılan parlament prezident İlham Əliyevin başladığı proseslə nəinki ayaqlaşa bilmirdi, əksinə əl-ayağa dolaşır və belə demək mümkünsə islahatların miqyasına, bütün sahələri əhatələməsinə imkan vermirdi. Məncə, gec də olsa gərəkən nə idisə gercəkləşdirildi.
- Milli Məclisin özü-özünü buraxması halı nə dərəcədə doğru və hüquqi qərar idi.
- Milli Məclisin buraxılmasını məntiqi və doğru addım hesab edirəm. Bunun hüquqi tərəfləri üzərində isə çox dayanmaq istəməzdim. 2016-ci ildə keçirilən referendumda Konstitusiyaya əlavə olunan 98-ci maddəsi prezidentə parlamenti buraxmaq səlahiyyəti verib və hansı hallarda parlamentin buraxılması təsbit edilib. Lakin Konstitusiyada parlametin özü-özünü buraxması üçün prezidentə müraciət etməsi halı nəzərdə tutulmayıb və bu bir nonsesdir. Milli Məclis prezidentə müraciət edir ki, mənim faəliyyət qabiliyyətim yoxdur, yarıtmaz işləyirəm, islahatlara əngəl oluram məni burax xalqın seçdiyi parlament formalaşdır. Bunlar düzgün izahını cəmiyyətə verə bilmirlər. Ölkənin bütün hüquqşünaslarını cəm edib qeyri-qanuni parlamentin buraxılmasına qanuni don geyindirməyə çalışırlar. Mən çağdaş Azərbaycan parlamentarizm tarixində bu cür zəif, dişsiz, səviyyəsi aşağı olan parlament görməmişdim. Bu hal bir daha sübut etdi ki, parlament hakimiyyətin bir qolu deyil, Prezident Admistrasiyasının bir şöbəsidir. Özünə hörmət edən Milli Məclis prezidentə bu cür müraciət qəbul etməzdi. Demək, 125 nəfərlik Milli Məclisdə müstəqil düşünən, prezidentdən gələn tapşırıq və göstərişlərə ləbbeyk deməyən bir nəfər də deputat yoxdur. Güya bu deputatları xalq seçib, xalqın mandat verdiyi deputat prezidentə bir ağızdan minnətçi düşür ki, məmim iş və fəaliyyət qabiliyyətim sıfırdı. Yaxşı indi həmin deputatlar növbədənkənar parlament seçkilərinə hansı üzlə yenidən qatılıb, hansı sifətlə səs və dəstək istəyəcəklər? Öz yarıtmaz və anormal fəaliyyətlərinə, atdıqları addıma nə cür izah verəcəklər? Özünə və seçicisinə hörmət qoyan özünü buraxan parlament üzvləri bundan sonra namizədliyini yenidən irəli sürməməlidir.
- Siz həm deyirsiz Mili Məclisin buraxılması labüd idi, həm də deputatların parlamentin buraxılması ilə bağlı Milli Məclisə və prezidentə müracitəni qınayırsız. Bu ziddiyyətli deyilmi?
- Bəli, yenə o fikrimdə qalıram ki, parlamentin buraxılması labüd idi. Amma mən bu cür buraxılmanı anormal sayıram. Milli Məclisi elə buraxmaq olardı ki, parlamentarzimin müsbət imici qalardı, bunun izahı ağılasığan şəkildə olardı, inandırıcı və Ana Yasamıza uyğun həyata keçirilərdi. Ziddiyyət də mənim fikirlərimdə deyil, Milli Məclisin ziddiyətli müraciətindədir ki, hələ heç bir rəsmi yetkili də bunun doğru-düzgün izahını verə bilmir, əsaslı arqumentlər gətirə bilmir. Ehtimal ki, Milli Məclisin indiki tərkibi prezidentin və birinci vitse-prezidentin gələcək planlarına uyğun gəlmir. Eyni zamanda indiki tərkibə tam güvən yoxdur. Ölkənin birinci və ikinci şəxsləri dövləti və dövlət strukturlarını yenidən inşa etməyi hədəfləyiblər və islahatlar dediklərinin də əsas məğzi məncə, budur. 2003-cü ildən prezident postu tutan İ.Əliyev niyə 16 ildən sonra birdən-birə ən radikal dəyişiklərə əl atdı? Deməli, artıq hakimiyyət də aydın dərk və hiss etməyə başladı ki, siyasi cərrahiyyə aparılmadan xəstəhal vəziyyətə salınmış ölkəni xilas etmək mümkün deyil və bu təhlükə artıq qapını döyür. Ona görə də sürətli, geniş çaplı və risqli dəyişiliklərə əl atmaq qaçınılmaz oldu. İstənilən halda islahatlara başlanıbsa, çox yaxşı, yarımçıq qalmamalı, proses davam etdirilməlidir.
- Maraqlıdır ki, nədən Milli Məclisin buraxılmasına bir millət vəkili etirazını bildirmədi?
- Bunun cavabı çox sadədir, Milli Məclis üzvələrinin tərkibində etiarz edə biləcək deputat yoxdur. Özləri də bilirlər ki, təyinatla orda oturublar. Uzun illər aparılan siyasət ona gətirib çixarıb ki, təkcə parlamentdə deyil, ümumilikdə toplumun özündə aktiv protest qüvvə qalmayıb. Kütləvi sosial narazılıqlar var, amma bu narazılıq siyasi sosiallaşmayıb, ictimai xarakter almayıb və məişət səviyyəsindən kənara çıxmayıb. Amma məişət səviyyəsindən kənara çıxma ehtimalı günü-gündən reallaşmaqdadır. Belə demək mümkünsə, hakimiyyətdən kütləvi narazılığın son həddinə çatması prezidenti təcili hərəkətə keçməyə məcbur etdi. Ölkədə genişmiqyaslı institusional və kadr islahatlarından aparılması, dövlət idarəetmə orqanlarının fəaliyyətini yenidən qurulması ilə bağlı görülən tədbirlərin də məğzi ondan ibarətdir ki, klassik dillə ifadə etsək "aşağılar könhə qayda ilə yaşamaq istəmir, yuxarılar da köhnə qayda ilə idarə edə bilmir”. Mövcud ətalət və durğunluq sürətlə dəyişən dünyamızda, yeni çağırışar və istəklərin qarşısını almaqla yanaşı, dərin böhran yaradırdı.
- Bundan sonrakı prosesləri necə proqnozlaşdırırsız?
- Siyasətçilərin işi proqnoz vermək deyil, siyasi prosesləri öz maraqlarına uyğun dəyişə bilməsidir. Yaxud da yaranmış əlverişli fürsəti düzgün dəyərləndirməsidir. Bu baxımdan da Azərbaycanın siyasi səhnəsində sağlam, təcrübəli və çevik siyasətçilər var. Yetər ki, hakimiyyət idaretmə fəlsəfəsini və metodunu dəyişsin. Rəqiblərinə düşmən, hansısa ünsür kimi deyil, opponent, hakimiyyətin varisiləri, davamı kimi baxsın. Heç kəs, heç bir qüvvə hakimiyyətdə əbədi qala bilməz. Ən güclü dikatorların, hətta böyük güclərə arxalanan rejimlərin bir an içində faciəli şəkildə çöküşünü görmüşük. 21-ci əsr sürətli dəyişikliklər əsridir. Bu sürətdən, bu gedişatlardan Azərbaycanı saxlamaq hakimiyyətin özü üçün də zərərlidir. Könül istərdi ki, ölkədə demokratik düzən yaradılsın, biz də özümüzü bir xalq, bir millət olaraq sivil dünyanın ən inkişaf etmiş, əsrlərlə cilalanmış dəyərlərinə sahib olan bir hissəsi sayaq.
Doğrudur, Azərbaycan İran-Rusiya-Ermənistan üçbucağında, ən təhlükəli, bizi həzm etməyə hazır dövlətlərin əhatəsindəyik. Xüsəsən də, Moskvanın davamlı basqıları qarşısında duruş gətirmək elə də asan deyil. Bir tərəfdən Ermənistanın təcavüzü, İran amili, terror təhlükəsi daha diqqətli, həssas, süzgəcdən keçirilən qararlar və siyasət yürüdülməsini tələb edir. Amma elə etmək lazımdır ki, prezident İ.Əliyev bütün bu məsuliyyəti və təzyiqləri təkcə öz üzərində hiss etməsin, zərbəni öz üzərinə çəkməsin, cəmiyyətin strukturlaşmış və təşkilatlanmış instututları ilə paylaşılsın, yayğınlaşsın. Bunun üçün də həm hakimiyyət qolları arasında, həm siyasi qüvvələr arasında məsuliyyət bölgüsü olmalıdır.
- Prezident İ.Əliyev son günlər etdiyi ardıcıl çıxışlarında həm cəmiyyətə, həm də iqtidarın özünə çox ciddi və vacib mesajlar verdi. Cənab prezidentin toxunduğu əhəmiyyətli məsələlərdən biri də xarici basıqlar və yeni müxalifətin formalaşdırılmasıdır. Siz necə düşünürsüz yeni müxalifətin formalaşdırılmasına ehtiyac varmı?
- Dəfələrlə vurğulanıb ki, müxalif siyasi partiyaların sıradan çıxarılması ölkənin dayanıqlığına təhlükə yaradır. Çünki siyasi təsisatların apardığı mübarizə sivil normalara və demokratik çərçivədən kənara çıxmır. Eyni zamanda siyasi partiyaların güclü olması cəmiyyətin və ictimai nəzarətin güclü olması deməkdir, siyasətin və siyasi proseslərin normal məcrada getməsi, hakimiyyətin, hakimiyyət qollarının sağlam təməllər üzərində qurulması deməkdir. Güclü müxalifət, həm də hakimiyyətin güclənməsinə təkan verir. Çünki güclülər arasında sağlam rəqabət məcbur edir ki, hər iki düşərgə daha yaxşı fəaliyyət göstərsin daimi yeniliyə və axtarışlara, yeni təşəbbüslərə əl atsın. Bu zaman toplum da iki yaxşıdan daha yaxşısnı seçə bilsin. Amma bu gün mənzərə acınacaqlıdır desək yanılmarıq. Vizionda nə yuxarıda sadaladığım keyfiyyətlərə malik iqtidar var, nə də müxalifət. İnsanların da seçim imkanları olmadığından siyasətə, və siyasi düşərgələrin tədqim etdikləri siyasi və intellektual məhsullara maraq göstərməyərək, biganə münasibət sərgiləyirlər. Ona görə də dövlətinə biganəlik, öz gələcəklərinə, öz talelərinə, hakimiyyət qollarına biganəlik höküm sürməkdədir. Belə boşluqları da adətən radikal və müxtəlif təmayüllü ünsürlər tutur. Onların meydanı genişlənir, hakimiyyətə qarşı qəzəbli kütlə onların oyunbazlıqlarının və mübarizə üsullarının təsir dairəsinə düşür. Necə ki, artıq bu təhlükəli qüvvələr Azərbaycanda ayaq açmaqdadırlar. Görünür, ölkə başçısı bu təhlükələri artıq çox aydın şəkildə görməkdə və hiss etməkdədir. Hesab edirəm ki, Azərbaycanda sağlam qüvvələr var. Bariz nümunəsi kimi AMİP-i götürə bilərik. Lakin bu kimi siyasi təşkilatlara şərait və imkan yaradılmayıb. Onları həmişə əzib sıradan tam çıxarmağa çalışılıb. Hazır olanı dağıdıb, amorf nəsə yaratmağın zərbəsini isə cəmiyyətimiz çəkməkdədir. Yeni müxalifəti hakimiyyət yox, toplum yaratmalı və formalaşdırmalıdır. Hakimiyyətin yeni müxalifət yaratmaq projesi iflasa uğradı. Və təcrübə göstərdi ki, yeni konstruktiv müxalifət ideyası hakimiyyətdən yox, cəmiyyətin içərsindən və siyasi proseslərin axarından doğmalıdır. Hakimiyyəti zəiflədən həm də o oldu ki, özünə siyasi rəqib görmədi və arxayınlaşdı və bu da ətalətə, duğunluğa gətirib çıxardı. Digər tərəfdən konsrtuktivlik məsələsinə də iqtidarın baxışları tam aydın deyil. Konstruktiv müxalifət deyəndə nəyi nəzərdə tuturlar bu tam məlum olmur.
Bu günün real məzəzrəsi isə ondan ibarətdir ki, daxili və xarici basqılar hakimiyyətin üzərində fokuslanıb. Siyasi məsuliyyət paylaşılmayıb. Müxalifətli iqtidarlı dövlət və cəmiyyət bütöv deyil. Uzun illərin yürüdlən siyasəti qarşıduran siyasi düşərgələri bir-birlərinə qarşı radikallaşdırdı, üz-üzə qoydu. Bu gərginlikdən, qarşıdurmalardan isə Azərbaycanı istəməyən qüvvələrin istifadə etməsinə cəhdlər də bəzən uğurlu alındı. Ölkəmizin beynəlxalq imicinə ziyan vuruldu, daxildə hakimiyyətə və ən pisi isə dövlətə, dövlət stukturlarına imasızlıq yarandı. Hətta nifrət hissləri baş qaldırdı. Məncə, cənab prezident təkcə bəyanatlarla kifayətlənməməli, əməli addımlar atmalı və siyasi iradə ortaya qoymalıdır. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Çox güman ki, tezliklə partament seçkilərinin də vaxtı müəyyənləşəcək. Etmadın yaradılması üçün hər iki seçki ən yaxşı fürsətdir. Hər şeyi prezidentin üzərinə qoymaq, bir şəxsdən gözləməyin fəsadlarını biz Yaxın Şərqdə görmüşük. Bəzən elə təəssürat yanır ki, köhnə təfəkkürlü, müasir dövrün çağrışlarını qəbul edə bilməyən məmurlar prezidenti elə əhatəliyib ki, təlabatların, istəklərin, təkliflərin, iradların nədən ibarət olduğu ona çatmır. Dəfələrlə həyatın bütün sahələri üzrə təkliflər verilib. Sanki müxalifət hakimiyyətin bəzi yüksək rütbəli məmurları tərəfindən ağılsız, işsiz-gücsüz, lümpenləşmiş, dünyadan bixəbər, anti-milli, dövlət əleyhinə işləyə kəsim kimi qəbul olunur və onların fəaliyyətlərinə, hətta şəxsiyyətlərə istehza ilə yanaşılır. Mən prezident İ.Əliyevin dediyi kimi "dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən yeni müxalifətin yaradılmasının yeganə yolu demokratik, ədalətli və şəffaf seçkilərdən kediyi düşüncəsindəyəm. Seçki islahatlarıdır bunu çarəsi. İqtidar bu şansı əlindən qaçırılmamlıdır.
- Prezident İ.Əliyevin BDU-nun 100 illik yubley tədbirində etdiyi çıxışında Azərbyacanın Avropaya inteqrasiyaya olunmayacağı ilə bağlı fikirləri də cəmiyyətdə geniş diskussiyalar yaratdı. Doğrudanmı, Avropa bizə lazım deyil? / moderator.az/
(davamı var)