Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi 20 Yanvar qətliamının növbəti ildönümü yaxınlaşır. Hadisənin üstündən 28 il keçsə də, Azərbaycan xalqı 20 Yanvarı ümumlxalq hüznü kimi qəbul edir, böyük izdihamla hadisə zamanı həlak olanların məzarını ziyarət edir.
Ermənistan mətbuatında bu məsələnin əsl mahiyyətini təhrif edən bir kampaniyaya start verilib. Onlar qeyd edirlər ki, 20 Yanvar hadisələri 1988-ci ildə törədilən Sumqayıt hadisələrinin davamı olub. Guya həmin hadisələr zamanı azərbaycanlılar ermənilərin kütləvi qırğınını və onların ölkədən qovulmasını həyata keçirmişlər. Bu gün də davam edən erməni təbliğatına görə, guya Azərbaycan 13 yanvar 1990-cı ildə ermənilərə qarşı müharibəyə başlayıb və indiyə qədər davam etdirir. Ermənilərin iddiasına görə, rəsmi Moskva həmin vaxt Azərbaycanı cəzalandırmaq qərarına gəlib və 20 Yanvar hadisəsi baş verib. Ermənilərin bu yalan təbliğatı nəyə hesablana bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, ermənilərin bu cür davranışı onu təəccübləndirmir: "Bilirsiniz ki, onlar bizimlə düşmən olan ölkədir. Müharibəni yalnız səngərdə deyil, həm də informasiya sahəsində aparırlar. 20 Yanvar Azərbaycan xalqının faciəsi olması ilə yanaşı, həm də qürur duyduğu bir tarixdir. Həmin gün Azərbaycan xalqı sübut etdi ki, imperiyanın təsiri altında yaşamaq istəmir. Vətəndaşlarımız əliyalın tankların üstünə yeridi.
20 Yanvar faciəsindən 28 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990-cı ilin 20 yanvar günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Əslində, imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu. Ermənilər məhz bu şanlı tarixi bizə qısqanırlar. Ona görə ki, gələcək nəsillərimiz ondan örnək götürəcək. 20 Yanvar qətliamının törədilməsinin ermənilərlə heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycan xalqının imperiyaya qarşı çıxmasına görə törədilən qətliamdır”.