İqtidar AMİP-in şanslı namizədlərindən daha birinin qeydə alınmasına imkan vermədi

41 saylı Sumqayıt Birinci Seçki Dairə Komissiyası AMİP tərəfindən Milli Məclisə namizədliyi irəli sürülmüş partiyanın yerli təşkilatının sədri Dünyamın Əhmədlinin namizədliyini qeyda almaqdan imtina edib.

 DSK iddia edib ki, D.Əhmədli güya sənədləri 2 oktyabrda  saat 18.50-də təhvil verib. Maraqlıdır ki, sənədlərin imza vərəqləri ilə təhvil alma vaxtı saat 18.00-da bitirsə, DSK həmin sənədləri necə olur ki, 18.50-də təhvil alır. Bu onu göstərir ki, 41 saylı DSK ən şanslı namizədi seçkilərə burmayaraq saxtakarlığa yol verib.

Aldığımız məlumata görə, D.Əhmədli DSK-nın qərarından MSK-ya şikayət edib.