İran prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfər edərək təbii fəlakət zonasında olub.
Xatırladaq ki, aprelin 17-də yağan aramsız yağışlar nəticəsində Şərqi və Qərbi Azərbaycan vilayətlərində güclü sel daşqınları olub. Yerli əhaliyə külli miqdarda ziyan dəyib, 49 nəfər həlak olub. Təbii fəlakət zamanı itkin düşənlərin axtarışı davam edir.
Bölgənin rəhbərləri ilə və vətəndaşlarla görüşən Həsən Ruhani bildirib ki, seldən ziyan çəkən bütün insanlara yardım göstəriləcək.
Prezident dağılmış yolların, körpülərin və evlərin bərpası istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçiriləcəyinə söz verib.
Şərqi Azərbaycan vilayətindəki Çinar kəndi ən çox zərər dəymiş kənd olub. Bu kənd tamamilə suyun altında qalıb.