İraq ortaq gələcəyin qurulmalı olduğu bir ölkədir

Şimali İraqda referendum bölgəmizin kürəyinə yeni xəncər saplamaq cəhdidir. Söhbət kürdlər, ərəblər və türkmənlərin arasında sonu bitməyən bir qovğanın başlanmasına cəhddən gedir. İraq təkbaşına nə kürdün, nə ərəbin, nə də türkmənindir”.

APA-nın məlumatına görə, bu sözləri Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edən partiyanın lideri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, İraq ortaq gələcəyin qurulmalı olduğu bir ölkədir: "Kərkük türküləri ilə böyümüş bir milləti "Kərkükdə bir neçə min türkmən” deyərək təhdid etmək heç kimin həddi deyil. Yaxud Mosula iddiaların heç bir əsası yoxdur. Hələ sanksiyalarla kifayətlənirik. Türkiyəni təhdid etməyə cəsarət edən Şimali İraq hakimiyyətinin dərhal ağlını başına yığmasını gözləyirik. Bu gün birilərinə güvənərək qardaşlığa xəyanət edənlər sabah çətinə düşəndə Türkiyənin qapısını yenə necə döyəcəklər?..”


Türkiyə prezidenti qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra Türkiyənin sürətli inkişafının qarşısını alan ölkədə baş verən çevrilişlər olub: "Suriya və İraqda baş verən hər bir hadisə bizim daxili işlərimizlə bağlıdır. Heç kimin bizə niyə Suriya və İraqla maraqlandığımızı soruşmaq haqqı yoxdur. İraq və Suriyada baş verənlərin ölkəmizə təsirinin də öhdəsindən gələcəyik. Bunun üçün birlikdə və qardaş olacağıq”.